Skip to content

«Minik üzərində olan piyada gəzənə, piyada gəzən oturan kəsə, az olanlar isə çoxluğa salam verir»

Əbu Hureyradan (Allah ondan razı olsun) rəvayət edildiyinə görə Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) belə buyurdu:

«Minik üzərində olan piyada gəzənə, piyada gəzən oturan kəsə, az olanlar isə çoxluğa salam verir». Buxarinin rəvayətinə görə: «Kiçik olan böyüyə, yoldan keçən oturana, azlıq isə çoxluğa salam verir».

«يُسَلِّمُ الرَّاكِبُ عَلَى المَاشِي، وَالمَاشِي عَلَى القَاعِدِ، وَالقَلِيلُ عَلَى الكَثِيرِ». وَلِلبُخَارِي: «يُسَلِّمُ الصَّغِيرُ عَلَى الكَبِيرِ، وَالمَارُّ عَلَى القَاعِدِ، وَالقَلِيلُ عَلَى الكَثِيرِ».

Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)
Səhih
Şərh (izah)

Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) insanlar arasında salamlaşmanın ədəbini bu şəkildə bildirmişdir: ''Əs-sələmu aleykum və rahmətullahi və bərakətuh'' (Allahın salamı, rəhməti və bərəkəti üzərinizə olsun), yaşı az olan böyüyə, minikdə olan piyadaya, piyada oturana və sayca az olanlar çoxluğa salam verir.

Hədisin faydalarından

Hədisdə bildirildiyi şəkildə salam vermək bəyənilən forma sayılır. Əgər piyada minikdə olana salam verərsə və ya qeyd edilən salam vermək formalarının əksi olarsa, bu da icazəlidir. Lakin bu, daha xeyirli və daha fəzilətli olana müxalifdir.

Salamın hədisdə qeyd edildiyi şəkildə yayılması, sevgi və ünsiyyətin səbəblərindən biridir.

Əgər deyilən şeylərdə bərabərdirlərsə, o zaman onların ən xeyirlisi salama birinci başlayandır.

Bu dinin kamilliyi - insanların ehtiyac duyduqları hər şeyi açıqlamasındadır.

Salam vermək ədəbini öyrətmək və hər kəsə öz haqqını vermək.

Mənbələr

Sahihul-Buxari (8/ 52) (6232).

Sahihu Muslim (4/ 1703) (2160).

Əlavə (11)

كنوز رياض الصالحين.

لمجموعة من الباحثين (11/ 280).

بهجة الناظرين.

تأليف: سليم الهلالي (2/ 137).

نزهة المتقين.

مجموعة من الباحثين (1/ 666).

شرح رياض الصالحين.

لابن عثيمين (4/ 407).

منار القاري.

لحمزة قاسم (5/ 257).

الأدب النبوي (ص159).