Skip to content

"Cümə günü qüsl almaq hər bir həddi buluğa çatan şəxsə vacibdir. Dişlərini misvaklaması və əgər varsa ətir vurması isə sünnətdir.

Amr bin Suleym Əl-Ənsaridən belə söylədiyi rəvayət edilir: Əbu Səidin (Allah ondan razı olsun) belə söylədiyinə şahidlik edirəm: Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə söylədiyinə şahidlik edirəm:

"Cümə günü qüsl almaq hər bir həddi buluğa çatan şəxsə vacibdir. Dişlərini misvaklaması və əgər varsa ətir vurması isə sünnətdir.

«الغُسْلُ يَوْمَ الجُمُعَةِ وَاجِبٌ عَلَى كُلِّ مُحْتَلِمٍ، وَأَنْ يَسْتَنَّ، وَأَنْ يَمَسَّ طِيبًا إِنْ وَجَدَ».

Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)
Səhih
Şərh (izah)

Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) bəyan etmişdir ki, cümə günü qüsl almaq, cümə namazının vacib olduğu hər bir yetkin kişi müsəlmana vacib dərəcəsində təkid edilmişdir, Dişlərini misvak və bu kimi şeylərlə təmizləyər, və hər hansı bir xoş iyisi olan ətir vurar.

Kəlmələrin mənası

...:

Hədisin faydalarından

Hər bir yetkin müsəlman kişinin cümə günü qüsl almağının müstəhəb olduğu təkid edilmişdir.

Təmizlik və xoşagəlməz qoxuları aradan qaldırmaq İslam şəriəti tərəfindən müsəlmandan tələb edilən bir şeydir.

Cümə gününü təzim etmək (ucaltmaq) və ona hazırlıq görmək.

Cümə namazı üçün misvakdan istifadə etməyin müstəhəb olması təkid edilmişdir.

Cümə namazına getməzdən əvvəl hər hansı bir xoş iyisi olan ətirdən istifadə etməyin müstəhəbliyi.

Qadın evindən namaz və ya digər bir şey üçün çıxarsa, ona ətirlənmək olmaz. Çünki, şəriət bunun haram olduğunu bildirmişdir.

(Hədisdə keçən) muhtəlim həddi-buluğa çatan şəxsdir və bu bəzi əlamətlərlə baş verir. Onlardan üçü kişi və qadınlar üçün ortaq olan əlamətlərdir: birincisi: on beş yaşın tamamlanması, ikincisi: cinsiyyət üzvünün ətrafında qalın tüklərin çıxması, üçüncüsü: yuxu və ya şəhvət ilə spermanın çıxması. Dördüncü əlamət isə qadına xasdır və bu heyzdir: Əgər qadın heyz görərsə, həddi buluğa çatmış olur.

Mənbələr

Sahihul-Buxari (2/ 3) (880).

Sahihu Muslim (2/ 580) (846).

(6/ 134).

Əlavə (11)

مختار الصحاح.

لزين الدين الرازي (ص155).

شرح صحيح البخاري.

لابن بطال (2/ 468).

شرح النووي على مسلم.

توضيح الأحكام شرح بلوغ المرام.

للبسام (1/ 382).

فتح ذي الجلال والإكرام شرح بلوغ المرام.

لابن عثيمين (1/ 330).

منار القاري شرح مختصر صحيح البخاري.

لحمزة قاسم (2/ 234).