Skip to content

نص الموضوع

Heykəllər düzəltmək şəriətin çəkindirdiyi, onu edənə lənət etdiyi və şiddətli əzabla hədələdiyi böyük günahlardandır və bu, bütlərə ibadət etməyin və Uca Allaha şərik qoşmağın ən böyük səbəblərindəndir.

Büt düzəltməyin həqiqəti, qulun, Allahın yaratdığı ruhu olan canlılara bənzədərək daşdan, gildən, dəmirdən, misdən və ya digər materiallardan surət düzəltməsidir.

Alimlər heykəlləri düzəltməyin və onları saxlamağın haram olması barədə yekdil rəydədirlər [155].

[155] Bax: Fəthul-Bari: (10/391).

İmam Nəvəvi, Allah ona rəhmət etsin, demişdir:

"(Alimlər) kölgəsi olan şeylərin qadağan edilməsinin və dəyişdirilməsinin vacib olduğuna dair icma etmişlər. Qadi demişdir: Yalnız kiçik qız uşaqlarının gəlinciklərlə oynamasına verilən ruxsət barədə rəvayət olunanlar istisnadır" [156].

[33] Şərhu Müslim: (1/69).

Dəlillər:

Sünnədə rəsm çəkməkdən və heykəllər düzəltməkdən çəkindirən çoxsaylı hədislər rəvayət olunmuşdur. Onlardan bəziləri bunlardır:

Abdullah bin Ömər, Allah onların hər ikisindən razı olsun, rəvayət edilir ki, Allah rəsulu, Allahın salavatı və salamı onun üzərinə olsun, belə demişdir:

«Həqiqətən, bu surətləri düzəldənlərə Qiyamət günü əzab veriləcək və onlara belə deyiləcəkdir: “Yaratdıqlarınıza can verin!”» [157].

[1] Hədisi Buxari: (2766) və Müslim: (89) rəvayət etmişdir.

Müslim bin Subeyhdən belə dediyi rəvayət edilir: Biz Məsruq ilə birlikdə Yəsar bin Numeyrin evində idik. Məsruq onun evində şəkillər görüb dedi: “Mən Abdullah bin Məsudun, Allah ondan razı olsun, belə dediyini eşitdim: Mən peyğəmbərin, salləllahu aleyhi va səlləm, belə dediyini eşitdim:

«Qiyamət günü Allah qatında əzabı ən şiddətli olacaq insanlar surət çəkənlərdir» [158].

Əbu Zura rəvayət edir ki: Mən Əbu Hureyrə, Allah ondan razı olsun, ilə birlikdə Mərvanın evinə daxil oldum. Əbu Hureyrə, Allah ondan razı olsun, orada şəkillər görüb dedi: Mən Allah rəsulunun, Allahın salavatı və salamı onun üzərinə olsun, belə buyurduğunu eşitdim: Allah Əzzə və Cəllə buyurdu:

«Mənim yaratdığım kimi yaratmağa cəhd edən kəsdən daha zalım kim ola bilər? Qoy onlar bir zərrə yaxud bir dən yaxud da bir arpa dənəsi yaratsınlar» [159].

Səid bin Əbu əl-Həsən belə demişdir:

Mən İbn Abbasın, Allah onlardan razı olsun, yanında idim. Onun yanına bir kişi gəlib dedi: "Mənim dolanışığım əl sənətimdəndir və mən bu şəkilləri düzəldirəm". İbn Abbas, Allah onlardan razı olsun, dedi: Sənə yalnız Allah rəsulundan, Allahın salavatı və salamı onun üzərinə olsun, eşitdiyimi danışacağam. Onun belə dediyini eşitdim: “Kim bir şəkil çəkərsə, Allah ona ruh üfürənə qədər əzab verəcəkdir və o, əsla ona ruh üfürə bilməyəcəkdir”. Kişi bərk təşvişə düşdü (yəni: nəfəsi kəsildi, sinəsi daraldı, dəhşətə gəldi və qorxu ilə doldu) və üzü saraldı. İbn Abbas dedi: “Vay halına, əgər bu işi görməkdə israr edirsənsə, o zaman bu ağacların və ruhu olmayan hər bir şeyin şəklini çək” [160].

Əbu Talhadan, Allah ondan razı olsun, rəvayət edilir ki, Allah rəsulu, Allahın salavatı və salamı onun üzərinə olsun, belə buyurdu:

“İçində it və şəkil olan evə mələklər girməz” [161].

Buxari demişdir: "Ruhu olan timsalları qəsd edir".

Əbul-Həyyəc əl-Əsədidən rəvayət edilir ki, o, dedi: Əli bin Əbi Talib mənə belə demişdir:

"Peyğəmbərin, Allahın salavatı və salamı onun üzərinə olsun, məni göndərdiyi tapşırıqla mən də səni göndərimmi? Bütün heykəlləri məhv et, hündür qəbrləri yerlə bir et" [162].

[3] Hədisi Müslim: (233) rəvayət etmişdir.

İbn Teymiyyə, Allah ona gəni-gəni rəhmət etsin, demişdir:

"Ona iki təsviri - ölünün surətində düzəldilmiş şəkli və qəbrinin üzərində ucaldılmış heykəli - məhv etməyi əmr etdi. Çünki şirk həm bununla, həm də onunla baş verir" [163].

[163] Məcmuə əl-Fətəva: (17/462).

Zərərləri:

Heykəl düzəltməyin bir çox zərərləri vardır. Onlardan bəziləri bunlardır:

  • Bu, Uca Allaha şərik qoşmağa səbəbdir. İbn Abbas - Allah onların hər ikisindən razı olsun - Uca Allahın bu sözü haqqında belə demişdir:

"Onlar (özlərinə tabe) dedilər: “İlahlarınızı tərk etməyin; Vəddi, Suvanı, Yəğusu, Yəuqu və Nəsri tərk etməyin!”.

[Nuh 11 surəsi, ayə 23] - dedi: "(Bunlar) Nuh qövmündən olan saleh kişilərin adlarıdır. Onlar vəfat etdikdə, şeytan onların qövmünə vəsvəsə etdi ki, oturduqları məclislərə heykəllər qoyub onlara həmin kişilərin adlarını versinlər. Onlar da belə etdilər, lakin bu heykəllərə ibadət edilmədi. Nəhayət, o nəsil də dünyadan köçüb elm aradan qalxdıqda, onlara ibadət olunmağa başlandı" [164].

[8] Hədisi Buxari: (5885) rəvayət etmişdir.

  • Bu, Uca Allahla çəkişmək və Onun ən əzəmətli sifətlərindən biri olan xəlq etmə sifətində Ona şərik olmaqdır.
  • Bu, Qiyamət günü Uca Allahın qula qəzəblənməsinə səbəbdir. Şəkil çəkənlər Allah dərgahında məxluqatın ən şərlisidir. Möminlərin anası Aişədən, Allah ondan razı olsun, rəvayət edilir ki, Ummu Həbibə və Ummu Sələmə, Allah onlardan razı olsun, Həbəşistanda gördükləri və içərisində təsvirlər olan bir kilsə barədə peyğəmbərə, Allahın salavatı və salamı onun üzərinə olsun, bəhs etdilər. O isə buyurdu:

«Həqiqətən o kimsələr, aralarından saleh bir insan dünyasını dəyişdikdə, onun qəbri üzərində məscid tikərlər və içərisində həmin şəkilləri çəkərlər. Məhz onlar Qiyamət günü Allah qatında məxluqların ən şərliləridir» [165].

  • Onu edən şəxsin peyğəmbərin, sallallahu aleyhi və səlləm, lənətinə düçar olmasına səbəb olmasıdır. Belə ki, Əbu Cuheyfə, Allah ondan razı olsun, rəvayət edir:

"Allah rəsulu, sallallahu aleyhi va səlləm, surət çəkənləri lənətləmişdir" [166].

  • Hədislərdə də keçdiyi kimi, bu, Qiyamət günü şiddətli əzaba səbəbdir.
  • Mələklər, əvvəlki hədisdə olduğu kimi, içində şəkil və ya heykəl olan evə girməzlər.
  • Bu, xristianlara və digər kafirlərə bənzəməkdir.

Qorunma:

Bu böyük günahdan qorunmağın yolları:

  • Qul, Qiyamət günü Allahın ona qəzəblənəcəyini, ona bu heykələ ruh üfürməyin əmr ediləcəyini, lakin buna qadir olmayacağını və peyğəmbərinin ﷺ lənətinə düçar olacağını xatırlaması.
  • Heykəl düzəltməyi özünə peşə edən kəs bilməlidir ki, kim bir şeyi Allah üçün tərk edərsə, Allah ona dünyada və axirətdə ondan da daha xeyirlisini nəsib edər. Çünki o, bunu Allah üçün tərk edərsə, Allah ona gözləmədiyi yerdən halal ruzi verər.

Haram qazancın duanın qəbul olunmamasına, övladların da saleh və nəcib olmamasına təsirini xatırlamaq.

Yox əgər kimsə bu əməli nəfsini əyləndirmək üçün və ya hobbi adlandırdıqları bir məşğuliyyətə görə edirsə, onun üçün daha yaxşıdır ki, Uca Allaha xatir bundan əl çəksin və onu Allahın halal buyurduğu dünya zinətlərindən başqası ilə əvəz etsin. Əgər mütləq bunu etmək istəyərsə, o zaman qoy ağac, bina və cansız əşyalar kimi ruhu olmayan şeylərin heykəllərini düzəltsin.

  • Məsul və səlahiyyətli qurumlar kimi ixtiyar sahiblərinin və kişinin öz evində bütləri aradan qaldırması və sındırması.