نص الموضوع
Zəkat İslamın rükunlarından biridir və zənginlərdən alınıb, yoxsullara verilən vacib bir sədəqədir. Onu verməmək böyük günahlardandır. Uca Allah bu günahı edənlərin imanını rədd etmiş, onlara müxtəlif əzablar vəd etmiş və onları həm bu həyatda, həm də ölümdən sonra — dünyada həlak olmaq, axirətdə isə bədbəxtliyə və ziyana uğramaq kimi şiddətli əzablarla hədələmişdir.
Zəkatdan boyun qaçırmaq həm ona paxıllıq edən şəxs, həm də onun bu pis əməlinə razı olan cəmiyyət üçün bədbəxtlikdir.
Kim zəkatın vacibliyini inkar edərək onu verməzsə, onun kafir olmasında və İslam dinindən çıxmasında heç bir şübhə yoxdur. Paxıllıq və xəsislik ucbatından onu verməyənin isə günahı çox böyükdür. Çünki ayə və hədislərdə zəkat verməməyin, Uca Allahın dünya və axirət cəzaları təyin etdiyi böyük günahlardan olduğu bildirilmişdir.
Dəlillər:
Kitab və sünnədə zəkatdan boyun qaçırmağa dair təhdid edən bir çox dəlil varid olmuşdur. Onlardan bəziləri aşağıdakılardır:
Uca Allah buyurur:
"Qızıl-gümüş yığıb onları Allah yolunda xərcləməyənləri ağrılı-acılı bir əzabla müjdələ.
O gün (Qiyamət günü) yığdıqları qızıl-gümüş Cəhənnəm odunda qızdırılacaq və bununla onların alınlarına, böyürlərinə və kürəklərinə damğa vurulacaq və onlara: “Bu, özünüz üçün yığıb saxladığınız sərvətinizdir. Elə isə dadın yığıb saxladığınız sərvətin əzabını!”– (deyiləcəkdir.)".
(Tövbə 9 surəsi, ayə 78).
Əbu Hureyra, Allah ondan razı olsun, rəvayət ki, peyğəmbər, Allahın salavatı və salamı onun üzərinə olsun, belə demişdir:
"Kim Allahın ona bəxş etdiyi var-dövlətin zəkatını vermirsə, Qiyamət günü o var-dövlət başının tükü tökülmüş, gözlərinin də üstündə iki qara xalı olan ilana çevrilib onun boynuna sarılacaq və ağzının hər iki tərəfindən yapışıb deyəcək: “Mən sənin var-dövlətinəm! Mən sənin xəzinənəm!”. Sonra peyğəmbər, Allahın salavatı və salamı onun üzərinə olsun, bu ayəni oxudu: "Allahın Öz lütfündən bəxş etdiyini xərcləməyə xəsislik edən kimsələr elə güman etməsinlər ki, bu, onların xeyrinədir. Əksinə, bu, onların zərərinədir. Onların xəsislik etdikləri şey qiyamət günü boyunlarına dolanacaqdır. Göylərin və yerin mirası Allaha məxsusdur. Allah nə etdiklərinizdən xəbərdardır".
[8] Hədisi Buxari: (5885) rəvayət etmişdir.
[Əli İmran 3 surəsi, ayə 103].
Əbu Hureyrə, Allah ondan razı olsun, demişdir ki, Allah rəsulun, Allahın salavatı və salamı onun üzərinə olsun, belə demişdir:
«Qiyamət günü zəkatını verməmiş hər bir qızıl və gümüş sahibi üçün (onun malı) oddan piltələrə çevriləcək, Cəhənnəm atəşində qızdırılaraq onun böyürünə, alnına və kürəyinə dağ basılacaqdır. Hər dəfə soyuduqda, miqdarı əlli min il olan bir gündə insanlar arasında hökm verilənə qədər (bu əzab) onun üçün təkrarlanacaqdır. Sonda o, yolunun ya Cənnətə, ya da Cəhənnəmə olduğunu görəcəkdir» [72].
[3] Hədisi Müslim: (233) rəvayət etmişdir.
Ən böyük Siddiq olan Əbu Bəkrin, Allah ondan razı olsun, peyğəmbərin, səlləllahu aleyhi va səlləm, vəfatından sonra zəkat verməkdən imtina edənlərə qarşı davranışı da belə idi. O, həmin şəxslər tövbə edib mallarının zəkatını verənə qədər onlarla döyüşdü. Əbu Hureyrə, Allah ondan razı olsun, belə rəvayət edir:
"Peyğəmbər, sallallahu aleyhi və səlləm, vəfat etdikdə, Əbu Bəkr xəlifə olduqda və ərəblərdən bir qismi dindən döndükdə, Ömər dedi: “Ey Əbu Bəkr, insanlarla necə vuruşa bilərsən? Halbuki, Allah rəsulu, sallallahu aleyhi və səlləm, belə demişdir: “İnsanlar Allahdan başqa ibadətə layiq haqq məbudun olmadığını deyənə qədər onlarla vuruşmaq mənə əmr olundu. Kim Allahdan başqa ibadətə layiq haqq məbudun olmadığını desə, (İslam) haqqı istisna olmaqla, malını və canını məndən qorumuş olar. Onun hesabı isə Allaha aiddir”. Əbu Bəkr dedi: “Allaha and olsun ki, namazla zəkatın arasını ayıranlarla mütləq vuruşacağam. Çünki zəkat malın haqqıdır. Allaha and olsun ki, əgər onlar Allah rəsuluna, sallallahu aleyhi və səlləm, verdikləri bir çəpişi (bir yaşına çatmamış dişi keçi balası) belə məndən əsirgəsələr, buna görə onlarla vuruşaram”. Ömər dedi: “Allaha and olsun ki, mən Allahın Əbu Bəkrin köksünü vuruşmaq üçün açdığını (ona bu işi asanlaşdırdığını) gördüm və bildim ki, haqq olan da budur” [73].
[1] Hədisi Buxari: (2766) və Müslim: (89) rəvayət etmişdir.
Zərərləri:
Zəkatı verməməyin zərərləri:
- Zəkat verməmək müşriklərin sifətlərindəndir. Zəkatı verməyən kəs də onlara bənzəmiş olur. Kim bir qövmə bənzəyərsə, o da onlardandır. Uca Allah buyurur:
"...Vay olsun müşriklərə ki, zəkat vermirlər...".
(Fussilət 41surəsi, ayələr 6-7).
- Zəkatda xəsislik etmək nifaqın əlamətlərindən və səbəblərindəndir. Uca Allah münafiqlərin vəsfi barədə buyurur:
"onlar mallarını istəmədikləri halda xərcləyərlər".
- Yağışın kəsilməsi ilə imtahan olunmaq. İbn Ömər, Allah onların hər ikisindən razı olsun, rəvayət edir ki, Allah rəsulu, sallallahu aleyhi və səlləm) belə demişdir:
«...mallarının zəkatını vermədikdə, göydən yağan yağışdan məhrum edilərlər. Əgər heyvanlar olmasaydı, onlara heç yağış yağmazdı» [74].
[74] Hədisi İbn Macə: (4019) rəvayət etmişdir.
- Mal-dövlətin bərəkətinin getməsinə və müxtəlif həlak və tələf səbəbləri ilə məhv olmasına səbəb olur.
- Zəkatı verməmək cəmiyyətdə fəqirlərlə zənginlər arasında kin-küdurətin yayılmasına səbəb olur.
Qorunma:
Bu böyük günaha düşməkdən qorunmağın yolları:
- Müsəlman bilməlidir ki, mal-dövlət Allaha məxsusdur və lütf Uca Allahın əlindədir, onu istədiyinə bəxş edər. Belə ki, bəxş edən Uca Allahdır və verdiyi də Ona məxsusdur. Bu fərzi ehtiyac sahiblərinə ödəməyi əmr edən də Odur. Sənə isə o mal-dövlətdən sadəcə xərcləməyə izn verilmişdir. Uca Allah istəsə sənə verər, istəsə də səndən alar.
- Onu yerinə yetirən şəxsin, Allahın verdiyinin əvəzini verəcəyini, Onun ruzi verənlərin ən xeyirlisi olduğunu və sədəqəsini Uhud dağı boyda savaba çevrilənə qədər artırıb çoxaldacağını bilməsi səbəbi ilə, onu yerinə yetirməyin fəzilətini və verməməyin cəzasını düşünməsi.
Allah onu yerinə yetirən şəxsə müjdə vermişdir ki, o, nə dünyada qorxar, nə də axirətdə kədərlənər. O, bu əmələ tələsər və xeyir işlərdə yarışar. Onu tərk edənin cəzasını bildikdə isə Allahın dünya və axirət əzabından qorxar və savabına ümid edib, əzabından qorxaraq Uca Allahın əmrini yerinə yetirər.
- Paxıllıqdan Uca Allaha sığınmaq. Belə ki, Allahın rəsulu, salləllahu aleyhi və səlləm, ondan Allaha sığınmağı əmr edərdi. Musab bin Səad rəvayət edir ki, Səad bin Əbu Vəqqas, Allah ondan razı olsun, beş şeyi əmr edər və bunları peyğəmbərdən, salləllahu aleyhi və səlləm, rəvayət edərdi ki, o, bunları əmr edərdi:
"Allahım! Xəsislikdən, qorxaqlıqdan, ömrün ən rəzil çağına qaytarılmaqdan, dünyanın fitnəsindən və qəbir əzabından Sənə sığınıram" [75].