Skip to content

Dinə nə ehtiyac var?

محاور التعريف بالإسلام
الشبهات والاعتراضات
مصدر الإجابة
قسم الإسلام
الباب / الفصل
(قسم الإسلام)

السؤال

Dinə nə ehtiyac var?

الجواب

Dinə olan ehtiyac yemək və içməyə olan ehtiyacdan daha şiddətlidir. İnsan fitrətən dindardır. Əgər o, haqq dini tapmazsa, insanların uydurduqları bütpərəst dinlərdə olduğu kimi, özü üçün bir din icad edəcəkdir. İnsanın bu dünyada əmin-amanlığa ehtiyacı olduğu kimi, qayıdış yerində və öldükdən sonra da əmin-amanlığa ehtiyacı vardır.

Haqq din – ona tabe olanlara hər iki dünyada tam əmin-amanlıq bəxş edən dindir. Məsələn:

  • Əgər biz sonunu bilmədiyimiz bir yol ilə getsəydik və qarşımızda iki seçim olsaydı: ya yoldakı lövhələrdə olan təlimatlara tabe olmaq, ya da təxmin etməyə çalışmaq, hansı ki, bu da yolumuzu azmağımıza və həlak olmağımıza səbəb ola bilərdi.
  • Əgər bir televizor almaq istəsək və işə salma təlimatlarına müraciət etmədən onu işə salmağa çalışsaq, onu xarab edərik. Eyni zavoddan çıxan televizor, məsələn, başqa bir ölkəyə çatan eyni təlimat kitabçası ilə birlikdə buraya – bizə də gəlib çatır, buna görə də ondan eyni qaydada istifadə etməliyik.
  • Məsələn, bir kimsə başqa bir şəxslə əlaqə saxlamaq istədikdə, digər şəxs ona mümkün olan vasitəni bildirməlidir. Məsələn: elektron poçt vasitəsilə deyil, ona telefonla zəng etməsini bildirməsi kimi. Belə olduqda o, həmin şəxsin şəxsən özünün verdiyi telefon nömrəsindən istifadə etməlidir və başqa hər hansı bir nömrədən istifadə edə bilməz.

Əvvəlki misallar bizə onu göstərir ki, insanlar öz nəfsi istəklərinə tabe olaraq Allaha ibadət edə bilməzlər, çünki onlar başqalarına zərər verməzdən əvvəl ilk növbədə özlərinə zərər verəcəklər. Belə ki, bəzi xalqların aləmlərin Rəbbi ilə əlaqə qurmaq üçün ibadət yerlərində rəqs edib mahnı oxuduqlarını, digər xalqların isə öz əqidələrinə əsasən ilahı oyatmaq üçün əl çaldıqlarını görürük. Onlardan elələri də var ki, vasitəçi tutaraq Allaha ibadət edir və Allahın insan və ya daş surətində gəldiyini təsəvvür edirlər. Allah, bizə nə fayda, nə də zərər verə bilməyən, əksinə, axirətdə həlak olmağımıza səbəb olan şeylərə ibadət etdiyimiz zaman bizi özümüzdən qorumaq istəyir. Allahla yanaşı başqasına ibadət etmək ən böyük günah sayılır və onun cəzası Cəhənnəmdə əbədi qalmaqdır. Allahın əzəmətindəndir ki, O, Özü ilə və ətrafımızdakılarla olan münasibətimizi tənzimləmək üçün hamımızın riayət edəcəyi bir nizam təyin etmişdir. Bu da din adlanır.

المصدر

قسم الإسلام

ملاحظات

--