Skip to content
473 Hədislər

Peyğəmbər Hədisləri Ensiklopediyası

Nəticələri filtrlə

473 kartdan 64

Filtrləri təmizlə
Allah doğru yola misal çəkir. Yolun iki tərəfində iki divar, divarlarda açılmış qapılar, qapıların üzərinə isə endirilmiş qeyri şəffaf pərdələr vardır. Yolun qapısında bir bələdçi çağırış edir: Ey insanlar, hamınız doğru yola yönəlin, ondan dönməyin. Kimsə bu qapılardan birini açmaq istədikdə, yolun yuxarısından başqa bir bələdçı səslənir: Vay olsun sənə, qəti o qapını açma, çünki açsan ora girəcəksən. Yol-İslamdır, divarlar isə -Allahın qoyduğu hüdudlardır, açılmış qapılar- haramlardır. Yolun başında duran bələdçi- Allahın kitabıdır. Yolun yuxarısındakı bələdçi isə hər bir müsəlmanın qəlbindəki nəsihətçidir.
Səhih Ət-Tirmizi və Əhməd rəvayət ediblər.
Allahın Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) tez-tez deyərdi: “Ey qəlbləri çevirən, mənim qəlbimi öz dinində sabit et". Mən dedim: "Ey Allahın Rəsulu, biz sənə və sənin gətirdiyinə iman gətirdik. Sən bizim üçün qorxursan?". O dedi: “Bəli, qəlblər Allahın barmaqlarından iki barmağı arasındadır, onları istədiyi kimi çevirər".
Səhih Ət-Tirmizi və Əhməd rəvayət ediblər.
Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) Məkkənin fəthi günü insanlara xitabən belə buyurmuşdur: «Ey insanlar! Allah sizdən cahiliyətin təkəbbürünü və ata-babalarınızla gürurlanmağı aradan qaldırmışdır. İnsanlar iki qisimdir. Birisi: İtaətkar, müttəqi və Allah qatında dəyərlidir. Digəri də facir, bədbəxt və Allah qatında rəzil bir kimsədir. İnsanlar Adəmin övladlarıdır. Allah Adəmi torpaqdan yaratmışdır. Uca Allah belə buyurmuşdur: {Ey insanlar! Biz sizi bir kişi və bir qadından (Adəm və Həvvadan) yaratdıq. Sonra bir-birinizi tanıyasınız deyə, sizi xalqlara və qəbilələrə ayırdıq. Şübhəsiz ki, Allah yanında ən hörmətli olanınız (Ondan) ən çox qorxanınızdır. Həqiqətən, Allah (hər şeyi) biləndir, (hər şeydən) xəbərdardır". [Hücurat 49 surəsi, ayə 13]».
Səhih Ət-Tirmizi, İbnu Hibbən rəvayət etdi.
Dedim: Ey Allahın Rəsulu, mənə elə bir şey öyrət ki, onu izzət və cəlal sahibi olan Allahdan istəyim. Dedi: “Allahdan salamatlıq istə!” Mən bir neçə gün gözlədim, sonra yenə gəlib dedim: “Ey Allahın Rəsulu, mənə elə bir şey öyrət ki, onu Allahdan istəyim. Mənə dedi: "Ey Abbas, ey Allah Rəsulunun əmisi, Allahdan dünya və axirətdə salamatlıq istə"
Başqasıyla səhih olan Ət-Tirmizi və Əhməd rəvayət ediblər.
"Dua ibadətdir", sonra bu ayəni oxudu: "Rəbbiniz belə buyurdu: “Mənə dua edin ki, dualarınızı qəbul edim! Mənə ibadət etməyə təkəbbür göstərənlər zəlil bir halda cəhənnəmə girəcəklər" [Ğafir 40 surəsi, ayə 60].
Səhih Əbu Davud, Ət-Tirmizi, İbn Məcə, Əhməd rəvayət ediblər
{Sonra da o gün nemətlər barəsində mütləq sorğu-sual olunacaqsınız}. [Təkəsur surəsi: 8] ayəsi nazil olduqda Zubeyr (Allah ondan razı olsun): Ey Allahın Rəsulu! Hansı nemətlərdən hesaba çəkiləcəyik, xurma və sudanmı?! deyə soruşdu. Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun): «Şübhəsiz ki bunlardan hesaba çəkiləcəksiniz» deyə buyurdu.
Həsən Ət-Tirmizi və İbnu Məcə rəvayət etdi.
"Kim bir müsəlmana zərər verərsə, Allah da ona zərər verər. Kim bir müsəlmanı çətinliyə salarsa, Allah da onu çətinliyə salar."
Həsən Əbu Davud, Ət-Tirmizi, İbn Məcə, Əhməd rəvayət ediblər
Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) bizə xütbətul-hacəni öyrətdi: Həqiqətən, həmd Allaha məxsusdur, Ondan kömək diləyir, Ondan bağışlanma diləyir və nəfsimizin şərlərindən Ona sığınırıq. Allah kimi doğru yola yönəltsə, onu heç kim azdıra bilməz, kimi azdırsa, heç kim onu doğru yola yönəldə bilməz. Şəhadət edirəm ki, Allahdan başqa ibadətə layiq ilah yoxdur və şəhadət edirəm ki, Muhəmməd Onun qulu və rəsuludur, {Ey insanlar! Sizi tək bir candan xəlq edən, onun özündən zövcəsini yaradan və onlardan da bir çox kişi və qadın (törədib yer üzünə) yayan Rəbbinizdən qorxun! Adı ilə bir-birinizdən (cürbəcür şeylər) istədiyiniz Allahdan və qohumluq əlaqələrini kəsməkdən çəkinin! Həqiqətən, Allah sizə nəzarət edir.} [ən-Nisa: 1], {Ey iman gətirənlər! Allahdan Ona layiq olan tərzdə qorxun və ancaq müsəlman olduğunuz halda ölün!} [Ali-İmran: 102], {Ey iman gətirənlər, Allahdan qorxun və doğru söz söyləyin ki, Allah sizin əməllərinizi islah etsin və günahlarınızı bağışlasın. Kim Allaha və Onun Peyğəmbərinə itaət edərsə, böyük bir uğura nail olar.(Əl-Əhzab 70, 71)
Səhih Əbu Davud, Tirmizi, Nəsai, İbn Maca və Əhməd rəvayət etmişdir.