عربي - Arabic English Qafár af - Afar Afrikaans - Afrikanns Akan Shqip - Albanian አማርኛ - Amharic Հայերեն - Armenian অসমীয়া - Assamese Azərbaycanca - Azerbaijani Bamanankan - Bambara Bassa Bemba বাংলা - Bengali Bosanski - Bosnian Български - Bulgarian မြန်မာဘာသာ - Burmese Bisaya - Cebuano Cham Нохчий - Chechen chiCheŵa - Chewa 中文 - Chinese Адыгэбзэ - Circassian Hrvatski - Croatian Česky - Czech Dagbani Dansk - Danish فارسی دری - Dari Dendi ދިވެހި ބަސް - Dhivehi Nederlands - Dutch إستوني - Estonian Suomi - Finnish Français - French Fulfulde - Fula ქართული - Georgian Deutsch - German Ελληνικά - Greek ગુજરાતી - Gujrati Kreyòl ayisyen - Haitian Creole Hausa हिन्दी - Hindi Magyar - Hungarian Igbo Indonesia - Indonesian Italiano - Italian 日本語 - Japanese Jóola - Jola ಕನ್ನಡ - Kannada Қазақша - Kazakh ភាសាខ្មែរ - Khmer Kikuyu Ikinyarwanda - Kinyarwanda Ikirundi - Kirundi 한국어 - Korean كوردی سۆرانی - kurdish كوردي kurmancî - Kurmanji Kyrgyz ລາວ - Lao latviešu - Latvian Lingala lietuvių - Lithuanian Luganda Македонски - Macedonian Maguindanaon Malagasy - Malagasy Bahasa Melayu - Malay മലയാളം - Malayalam Mandinka मराठी - Marathi Mõõré - Moore नेपाली - Nepali أنكو - NKo Norwegian ଓଡ଼ିଆ - Odia oromoo - Oromo پښتو - Pashto فارسی - Persian Polski - Polish Portuguese ਪੰਜਾਬੀ - Punjabi Română - Romanian Русский - Russian Српски - Serbian Shona සිංහල - Sinhala Slovenščina - Slovenian Soomaaliga - Somali Soninke Sesotho - Sotho Español - Spanish Kiswahili - Swahili Svenska - Swedish Tagalog Тоҷикӣ - Tajik தமிழ் - Tamil తెలుగు - Telugu ไทย - Thai ትግረኛ - Tigrinya Türkçe - Turkish Ukrainian اردو - Urdu ئۇيغۇرچە - Uyghur Ўзбек - Uzbek Việt Nam - Vietnamese Wolof Yao Yorùbá - Yoruba Zarma زولو - Zulu
473 Hədislər
Peyğəmbər Hədisləri Ensiklopediyası
Kateqoriyalar
Hədisin dərəcəsi
Rəvayət olunduğu mənbə
Qalan mənbələri göstər
Ravi
Bütün raviləri göstər (41)
Rəbbiniz olan Allahdan qorxun və beş vaxt namazınızı qılın, Ramazan orucunuzu tutun, malınızın zəkatını verin, rəhbərlərinizə itaət edin, (beləliklə) Rəbbinizin cənnətinə daxil olun."
Səhih Ət-Tirmizi və Əhməd rəvayət ediblər.
Həqiqətən Allah qiyamət günü ümmətimdən bir adamı məxluqatın önünə çıxaracaq və onun üçün qarşısına doxsan doqquz kitab sərəcək. Hər kitab gözün gördüyü son həddə qədər olan məsafədə olacaq. Allah buyuracaq: "Bunlardan hər hansı bir şeyi inkar edirsənmi? Əməlləri yazan nəzarətçi mələklərim sənə zülm etdilərmi? Adam deyəcək: Xeyr, ey Rəbbim! Allah buyuracaq: Sənin üzrlü səbəbin varmı? Adam: Xeyr, ey Rəbbim!- deyə cavab verəcək. Allah buyuracaq: Əksinə, sənin üçün dərgahımızda bir savab vardır. Buna görə də bu gün sənə zülm edilməyəcək." Bu zaman, içində "əşhədu əllə iləhə illallah və əşhədu ənnə Muhəmmədən abduhu və rəsuluhu" olan kağız parçası gətiriləcək. Allah buyuracaq: Bunların tərəzidə çəkildiyi yerdə hazır ol. Adam deyəcək: Ey Rəbbim, bu kağız parçasının doxsan doqquz kitabın yanında nə dəyəri var? Allah buyuracaq: "Bu gün sənə zülm edilməz". Kitablar tərəzinin bir gözünə, kağız parçası isə digər gözünə qoyulacaq və kitablar tərəzidə yüngül, kağız parçası isə ağır gələcək. Uca Allahın adıyla yanaşı heç bir şey ağır gəlməz.
Səhih Ət-Tirmizi və İbnu Məcə rəvayət etdi.
"Kim yemək yeyib: “Əlhəmdu-lilləhil-ləzi ətaməni həzə va razəqanihi min ğeyri həvlin minni və ləə qüvvətin (Mənim tərəfimdən heç bir güc və qüvvət sərf olmadan bunu mənə yedizdirən və mənə ruzi olaraq verən Allaha həmd olsun” desə, onun keçmiş günahları bağışlanar".
Həsən Əbu Davud, Ət-Tirmizi, İbn Məcə, Əhməd rəvayət ediblər
"Möminlərdən ən kamil iman sahibləri, gözəl əxlaqa malik olanlardır, sözsüz ki, sizin ən xeyirliniz qadınlarına qarşı xoş rəftar edənlərdir".
Həsən Əbu Davud, Ət-Tirmizi,Əhməd
Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) insanları ən çox cənnətə salan meyar haqqında soruşuldu. Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) isə belə buyurdu: "Təqva və gözəl əxlaq". Sonra insanları ən çox cəhənnəmə aparan məsələ haqqında soruşuldu və buyurdu ki: "Ağız (dil) və cinsiyyət orqanı".
Həsən səhih Ət-Tirmizi, İbnu Məcə və Əhməd rəvayət etdi.
«Qiyamət günü, heç bir qul həyatını necə keçirməsi, elmi ilə nə işlər görməsi, malını haradan qazanıb hara xərcləməsi və bədənini harada yorduğu haqqında soruşulmadıqca yerindən tərpənməyəcək».
Səhih Ət-Tirmizi rəvayət etdi.
Bir gün mən Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) (miniyində) onun tərkində ikən o mənə buyurdu: "Oğul! Mən sənə bir neçə kəlimə öyrədəcəm: Allahı qoru (xatırlayaraq, hududlarına qərəzsiz riayət et) ki, Allah da səni qorusun. Allahı qoru (hüdudlarına riayət et) ki, Onu öz qarşında görəsən. Nəyisə istədikdə, Allahdan istə. Kömək istədikdə, yalnız Allahdan kömək istə. Bil ki, bütün insanlar sənə xeyir vermək üçün toplaşsalar belə, Allahın yazdığından artıq sənə heç bir xeyir verə bilməzlər. Həmçinin sənə zərər vermək üçün cəm olsalar belə yenə də Allahın sənə yazdığından artıq zərər verə bilməzlər. (Artıq) qələmlər qaldırılmış, səhifələr (mürəkkəbi) qurumuşdur".
Səhih Ət-Tirmizi rəvayət etdi.
"Allah qulun hansı bir yerdə ölməsini istərsə, onun ora getməsinə səbəb olacaq bir ehtiyac yaradar."
Səhih Ət-Tirmizi rəvayət etdi.