Skip to content
473 Hədislər

Peyğəmbər Hədisləri Ensiklopediyası

Nəticələri filtrlə

473 kartdan 40

Filtrləri təmizlə
"Alimlərin qarşısında lovğalanmaq, səfehlərlə mübahisə etmək, məclislərdə seçilmək üçün elm öyrənməyin. Kim belə edərsə, o oddadır, oddadır".
Səhih İbnu Məcə rəvayət etdi.
Həqiqətən Allah qiyamət günü ümmətimdən bir adamı məxluqatın önünə çıxaracaq və onun üçün qarşısına doxsan doqquz kitab sərəcək. Hər kitab gözün gördüyü son həddə qədər olan məsafədə olacaq. Allah buyuracaq: "Bunlardan hər hansı bir şeyi inkar edirsənmi? Əməlləri yazan nəzarətçi mələklərim sənə zülm etdilərmi? Adam deyəcək: Xeyr, ey Rəbbim! Allah buyuracaq: Sənin üzrlü səbəbin varmı? Adam: Xeyr, ey Rəbbim!- deyə cavab verəcək. Allah buyuracaq: Əksinə, sənin üçün dərgahımızda bir savab vardır. Buna görə də bu gün sənə zülm edilməyəcək." Bu zaman, içində "əşhədu əllə iləhə illallah və əşhədu ənnə Muhəmmədən abduhu və rəsuluhu" olan kağız parçası gətiriləcək. Allah buyuracaq: Bunların tərəzidə çəkildiyi yerdə hazır ol. Adam deyəcək: Ey Rəbbim, bu kağız parçasının doxsan doqquz kitabın yanında nə dəyəri var? Allah buyuracaq: "Bu gün sənə zülm edilməz". Kitablar tərəzinin bir gözünə, kağız parçası isə digər gözünə qoyulacaq və kitablar tərəzidə yüngül, kağız parçası isə ağır gələcək. Uca Allahın adıyla yanaşı heç bir şey ağır gəlməz.
Səhih Ət-Tirmizi və İbnu Məcə rəvayət etdi.
"Dində (başqasına) zərər vermək və zərəri zərər ilə qarşılamaq da olmaz".
Həsən Hədisi İbn Maca, Daraqutni və başqaları "Musnəd" olaraq rəvayət etmişdir.
Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) sol əli ilə ipək və sağ əli ilə qızıl götürdü, sonra əllərini qaldırıb dedi: "Bu iki şey ümmətimin kişilərinə haram, qadınlarına isə halaldır".
Səhih Əbu Davud, Nəsai və İbn Maca rəvayət etmişdir
"Kim yemək yeyib: “Əlhəmdu-lilləhil-ləzi ətaməni həzə va razəqanihi min ğeyri həvlin minni və ləə qüvvətin (Mənim tərəfimdən heç bir güc və qüvvət sərf olmadan bunu mənə yedizdirən və mənə ruzi olaraq verən Allaha həmd olsun” desə, onun keçmiş günahları bağışlanar".
Həsən Əbu Davud, Ət-Tirmizi, İbn Məcə, Əhməd rəvayət ediblər
Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) insanları ən çox cənnətə salan meyar haqqında soruşuldu. Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) isə belə buyurdu: "Təqva və gözəl əxlaq". Sonra insanları ən çox cəhənnəmə aparan məsələ haqqında soruşuldu və buyurdu ki: "Ağız (dil) və cinsiyyət orqanı".
Həsən səhih Ət-Tirmizi, İbnu Məcə və Əhməd rəvayət etdi.
"Dua ibadətdir", sonra bu ayəni oxudu: "Rəbbiniz belə buyurdu: “Mənə dua edin ki, dualarınızı qəbul edim! Mənə ibadət etməyə təkəbbür göstərənlər zəlil bir halda cəhənnəmə girəcəklər" [Ğafir 40 surəsi, ayə 60].
Səhih Əbu Davud, Ət-Tirmizi, İbn Məcə, Əhməd rəvayət ediblər
{Sonra da o gün nemətlər barəsində mütləq sorğu-sual olunacaqsınız}. [Təkəsur surəsi: 8] ayəsi nazil olduqda Zubeyr (Allah ondan razı olsun): Ey Allahın Rəsulu! Hansı nemətlərdən hesaba çəkiləcəyik, xurma və sudanmı?! deyə soruşdu. Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun): «Şübhəsiz ki bunlardan hesaba çəkiləcəksiniz» deyə buyurdu.
Həsən Ət-Tirmizi və İbnu Məcə rəvayət etdi.