Skip to content
473 Hədislər

Peyğəmbər Hədisləri Ensiklopediyası

Nəticələri filtrlə

473 kartdan 47

Filtrləri təmizlə
"Biz (heyzdən) təmizləndikdən sonra gördüyümüz bulanıqlığı və sarılığı bir şey (heyzdən) hesab etməzdik."
Səhih Əbu Davud bu sözlə, Buxari isə (təmizləndikdən sonra) əlavəsini etmədən nəql etmişdir.
"Kim Allahdan başqasına and içərsə ya küfür edər ya da şərik qoşar".
Səhih Əbu Davud, Ət-Tirmizi,Əhməd
"Zülhiccənin ilk on günündə edilən saleh əməl kimi Allaha ən sevimli olan başqa günlər yoxdur". Dedilər: "Ey Allahın Rəsulu, Allah yolunda cihad belə?". Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) buyurdu: "Allah yolunda savaş belə.Yalnız öz canı və malıyla döyüşə çıxıb və şəhid olub geri dönməyən kimsə istisnadır".
Səhih Buxari və Əbu Davud rəvayət etmişdir və ləfz onundur.
"Əgər bir kəs günah edər, sonra dəstəmaz alaraq namaz qılar, sonra Allahdan bağışlanma diləyərsə, Allah onu bağışlayar". Ardınca bu ayəni oxudu: "O kəslər ki, bir pis iş gördükdə, yaxud özlərinə zülm et­dik­də Allahı xatırlayıb günahlarının bağışlanmasını diləyərlər" [Ali İmran 3 surəsi, ayə 135].
Səhih Əbu Davud,Ət-Tirmizi, Ən-Nəsai Əl-Kubrada, İbnu-Məcə və Əhməd rəvayət etdi.
"Vəlisiz nikah yoxdur".
Səhih Əbu Davud, Ət-Tirmizi, İbn Məcə, Əhməd rəvayət ediblər
Kim astrologiya ilə baxıcılıq elminə yiyələnərsə, sehrin bir növünə yiyələnmiş olar, bu yöndə elmi artıqca günahı da artar.
Səhih Əbu Davud,İbnu Məcə və Əhməd rəvayət etdi.
«Ey Bilal! Namaz üçüm iqamə ver. Bizi namazla rahatlat».
Səhih Əbu Davud rəvayət etdi.
"İnsan dostunun dini üzərindədir və sizdən hər biriniz kiminlə dostluq etdiyinə baxsın".
Həsən Əbu Davud, Ət-Tirmizi,Əhməd