Skip to content
473 Hədislər

Peyğəmbər Hədisləri Ensiklopediyası

Nəticələri filtrlə

473 kartdan 8

Filtrləri təmizlə

Hədisin dərəcəsi

Allahın Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) bir gün aramızda ikən ayağa qalxıb bizə, qəlblərimizi titrədən, gözlərimizi yaşardan bəlağətli bir xütbə söylədi. Ona dedilər ki: Ey Allahın Rəsulu, bizə sanki vida xütbəsi verdin, ona görə bizə vəsiyyət et. O dedi: “Sizə Allahdan qorxmağı tövsiyyə edirəm, (rəhbəriniz) həbəşi bir kölə olsa belə, ona tabe olub, itaət edin. Məndən sonra şiddətli ixtilaflar görəcəksiniz, mənim və doğru yolda olan raşidi xəlifələrin yoluna tabe olun və ondan azı dişlərinizlə yapışın. Dinə artırılmış yeniliklərdən çəkinin, çünki hər bir yenilik zəlalətdir”.
Səhih Əbu Davud, Ət-Tirmizi, İbn Məcə, Əhməd rəvayət ediblər
Allah Rəsulundan (Allahın salavatı və salamı onun üzərinə olsun) eşitdiyim, yadda saxlamaq istədiyim hər şeyi yazırdım. Qureyş mənə yazmağımı qadağan edib və belə dedi: Allah Rəsulundan (Allahın salavatı və salamı onun üzərinə olsun) eşitdiyin hər şeyi yazırsanmı?! Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) də bir bəşərdir, sakit və qəzəbli anında danışır. Mən də yazmağı saxladım. Sonra bunu Allah Rəsuluna (Allahın salavatı və salamı onun üzərinə olsun) xəbər verdim. O, barmağı ilə ağzına işarə edərək belə buyurdu: «Yaz, nəfsim əlində olan Allaha and olsun ki, bu ağızdan haqqdan başqa bir şey çıxmaz».
Səhih Əbu Davud rəvayət etdi.
"Bilin ki, bir kişinin ona məndən çatan hədis barədə öz oturacağının qoltuğuna rahat söykənərək belə söyləyəcəyi zaman yaxındadir: "Bizimlə sizin aranızda Allahın kitabı var, orada nəyi halal gördüksə, onu halal bilərik, haram gördüyümüzü isə haram bilərik". Bilin ki, Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) haram etdikləri Allahın haram etdikləri kimidir".
Səhih Əbu Davud, Ət-Tirmizi və İbnu Məcə rəvayət etdi.
“Kim yalan olduğunu zənn edilən bir hədisi mənim adımdan danışarsa, o, yalançılardan biridir”.
Səhih Hədisi Müslim öz müqəddiməsində rəvayət etmişdir.
“Sizə Allahdan qorxmağı, əmiriniz bir kölə olsa belə, ona tabe olub, itaət etməyi tövsiyyə edirəm. Məndən sonra sizdən kim yaşasa çoxlu ixtilaflar görəcəkdir. Belə olduğu təqdirdə siz mənim və doğru yolda olan raşidi xəlifələrin yoluna tabe olun. Bundan azı dişlərinizlə yapışın. Dinə əlavə edilmiş yeniliklərdən çəkinin, çünki hər bir yenilik zəlalətdir”.
Səhih Əbu Davud, Ət-Tirmizi rəvayət etdilər.
«Axır zamanda nə sizin nə də ata-babalarınızın eşitmədiyi şeyləri danışan kimsələr olacaqdır. Onlardan uzaq durun, onları da özünüzdən uzaq tutun».
Səhih Muslim rəvayət etdi.
"Kim mənim adımdan qəsdən yalan danışarsa, cəhənnəmdə öz yerini təmin edər".
Səhih Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)
"Məndən bir ayə olsa belə insanlara çatdırın. İsrail oğullarından da danışın, bunda bir qəbahət yoxdur. Kim mənim adımdan qəsdən yalan danışarsa, Cəhənnəmdə yerini hazırlasın".
Səhih Əl-Buxari rəvayət etdi.