Skip to content

Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) iki səcdə arasında belə deyərdi: «Rabbi-ğfir li, Rabbi-ğfir li».

Huzeyfədan (Allah ondan razı olsun) rəvayət edildiğinə görə:

Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) iki səcdə arasında belə deyərdi: «Rabbi-ğfir li, Rabbi-ğfir li».

أَنَّ النَّبِيَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ كَانَ يَقُولُ بَيْنَ السَّجْدَتَيْنِ: «رَبِّ اغْفِرْ لِي، رَبِّ اغْفِرْ لِي».

Əbu Davud, Ən-Nəsai,İbnu Məcə və Əhməd rəvayət etdi.
Səhih
Şərh (izah)

Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) iki səcdə arasında oturduğu zaman «Rabbi-ğfir li, Rabbi-ğfir li» diyərək bunu təkrar edərdi. "Rabbi-ğfir li" zikrinin mənası: Qulun, Rəbbindən günahlarını silməsi və eyiblərini örtməsini istəməsidir.

Kəlmələrin mənası

...:

Hədisin faydalarından

Bu duanın fərz və ya nafilə namazı olmasından aslı olmayaraq bütün namazlarda iki səcdə arasında söylənilməsinin məşru olması.

"Rabbi-ğfir li" zikrini təkrar etmək müstəhəbdir. Bir dəfə söyləmək isə vacibdir.

Mənbələr

Sünən Əbi Davud (2/ 154) (874).

Sünən Ən-Nəsai (2/ 231) (1145).

Sünən İbn Məcəh (2/ 64) (897).

Müsnəd Əhməd (38/ 392) (23375).

Əlavə (1)

نيل الأوطار (2/ 305).