"Kim on dəfə, "Lə iləhə illallah vəhdəhu lə şərikə ləhu, ləhulmulku və ləhulhəmdu və huva alə kulli şeyin qadir" söylərsə
Əbu Əyyubdan (Allah ondan razı olsun) Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyi rəvayət edilir:
"Kim on dəfə, "Lə iləhə illallah vəhdəhu lə şərikə ləhu, ləhulmulku və ləhulhəmdu və huva alə kulli şeyin qadir" söylərsə, İsmayıl nəslindən dörd qul azad etmiş kimi olar".
«مَنْ قَالَ: لَا إِلَهَ إِلَّا اللهُ وَحْدَهُ لَا شَرِيكَ لَهُ، لَهُ الْمُلْكُ وَلَهُ الْحَمْدُ وَهُوَ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ، عَشْرَ مِرَارٍ كَانَ كَمَنْ أَعْتَقَ أَرْبَعَةَ أَنْفُسٍ مِنْ وَلَدِ إِسْمَاعِيلَ».
Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) xəbər verir ki: Kim "lə iləhə illallah, vahdəhu lə şərikə ləhu, ləhul-mulku və ləhul-həmdu və huva alə kulli şeyin qadir " deyərsə - mənası: "Allahdan başqa ibadətə layiq məbud yoxdur, O təkdir, şəriki yoxdur. Pak olan uca Allah mütləq hakimiyyət sahibidir, yalnız O, məhəbbətlə, və təzim olunaraq mədh və sənaya layiqdir. Onun üçün heç bir şey əngəl deyildir, O hər şeyə qadirdir. Kim bu əzəmətli zikri gün ərzində on dəfə söylərsə, İbrahim oğlu İsmayılın (Allahın onlara salamı olsun) soyundan dörd qul azad edən kəsin əcri qədər savab qazanar. Hədisdə İsmayılın züriyyəti (Allahın onun üzərinə salamı olsun) digərlərindən daha şərəfli olduğu üçün xüsusi qeyd edilmişdir.
Uca Allahın uluhiyyətdə, mülkündə, həmd olunmasında, kamil qüdrət sahibliyində tək olmasını özündə ehtiva edən bu zikrin fəziləti.
Bu zikri istər ardıcıl, istərsə də ayrı-ayrılıqda söyləyən kəs onun savabına çatar.
Sahihul-Buxari (8/ 86) (6404).
Sahihu Muslim (4/ 2071) (2693).
Əlavə (8)
توضيح الأحكام من بلوغ المرام.
للبسام (7/ 533).
منحة العلام في شرح بلوغ المرام.
لعبد الله الفوزان (10/ 399).
فتح ذي الجلال والإكرام.
لابن عثيمين (6/ 465).
سبل السلام بشرح بلوغ المرام.
للصنعاني (2/ 703).
Kitablarda istinad edilib
4 KitablarƏlavə (3)
- الذكر والدعاء والعلاج بالرقي من الكتاب والسنة"من قال لا إله إلا الله وحده لا شريك له، له الملك، وله الحمد، وهو على كل شيء قدير عشر مرار. كان كمن أعتق أربعة أنفس من ولد إسماعيل".
- تحفة الأخيار تحفة الأخيار (ببيان جملة نافعة مما ورد في الكتاب والسنة من الأدعية والأذكار)«مَنْ قَالَ: لَا إِلَهَ إِلَّا اللهُ وَحْدَهُ لَا شَرِيكَ لَهُ، لَهُ الْمُلْكُ وَلَهُ الْحَمْدُ وَهُوَ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ، عَشْرَ مِرَارٍ كَانَ كَمَنْ أَعْتَقَ أَرْبَعَةَ أَنْفُسٍ مِنْ وَلَدِ إِسْمَاعِيلَ» [14]
- شرح الأصول الثلاثة«مَنْ قَالَ: لَا إِلَهَ إلَّا اللَّهُ خَالِصًا مِنْ قَلْبِهِ»