Skip to content

"Kim gecə Bəqərə surəsinin son iki ayəsini oxuyarsa, ona yetər".

Əbu Məsuddan (Allah ondan razı olsun) Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyi rəvayət edilir:

"Kim gecə Bəqərə surəsinin son iki ayəsini oxuyarsa, ona yetər".

«مَنْ قَرَأَ بِالْآيَتَيْنِ مِنْ آخِرِ سُورَةِ الْبَقَرَةِ فِي لَيْلَةٍ كَفَتَاهُ».

Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)
Səhih
Şərh (izah)

Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) xəbər verir ki, kim gecə Bəqərə surəsinin son iki ayəsini oxuyarsa, Allah onu şər və pisliklərdən qoruyar. Həmçinin deyilmişdir: Gecə namazının əvəzini verər. Həmçinin: Zikr və Quran oxumağın əvəzini verər. Həmçinin deyilmişdir ki: Ən azı, gecə namazında bu iki ayə miqdarında oxumaq yetərli olur və bu kimi digər rəylər mövcuddur. Bütün bu deyilənlərin hamısının doğru olması və həmin sözün bütün bu mənaları ehtiva etməsi ehtimal olunur.

Kəlmələrin mənası

...:

Hədisin faydalarından

Bəqərə surəsinin son ayələrinin fəzilətinin bəyanı və bu uca Allahın: "Rəsul iman etdi" sözündən, surənin sonuna qədər olan hissəsidir.

Gecə Bəqərə surəsinin son ayələrini oxuyanı, bu ayələr pislikdən, şərdən və şeytandan qoruyar.

Gecə, günəşin batmasıyla başlayır və sübhün girməsiylə - dan yeri ağaranda bitir.

Mənbələr

Sahihul-Buxari (6/ 188) (5008-5009).

Sahihu Muslim (1/ 554) (807).

Əlavə (10)

فتح الباري بشرح صحيح البخاري.

لابن حجر (9/ 56).

بهجة الناظرين شرح رياض الصالحين.

لسليم الهلالي (2/ 240).

تطريز رياض الصالحين.

لفيصل آل مبارك (ص593).

مرقاة المفاتيح شرح مشكاة المصابيح.

لملا علي القاري (4/ 1465).

نزهة المتقين شرح رياض الصالحين.

لمصطفى الخِن وغيره (2/ 757).