Skip to content

"Möminlərdən ən kamil iman sahibləri, gözəl əxlaqa malik olanlardır, sözsüz ki, sizin ən xeyirliniz qadınlarına qarşı xoş rəftar edənlərdir".

Əbu Hureyradan (Allah ondan razı olsun) Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyi rəvayət edilir:

"Möminlərdən ən kamil iman sahibləri, gözəl əxlaqa malik olanlardır, sözsüz ki, sizin ən xeyirliniz qadınlarına qarşı xoş rəftar edənlərdir".

«أَكْمَلُ الْمُؤْمِنِينَ إِيمَانًا أَحْسَنُهُمْ خُلُقًا، وَخَيْرُكُمْ خَيْرُكُمْ لِنِسَائِهِمْ».

Əbu Davud, Ət-Tirmizi,Əhməd
Həsən
Şərh (izah)

Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) bildirir ki, iman baxımından ən kamil insan - əxlaqı gözəl olandır, o bu əxlaqa üzündəki təbəssümlə, xeyir əməllər etməklə, ədəbli danışmaqla və heç kəsə əziyyət verməməklə nail olur. Möminlərin xeyirlisi qadınlarına - həyat yoldaşına, qızlarına, bacılarına, yaxınlarında olan digər qadınlara qarşı qayğıkeş və diqqətli olanıdır. Çünki adıçəkilən qadınlar gözəl əxlaqa daha çox layiqdirlər.

Kəlmələrin mənası

....:

Hədisin faydalarından

Gözəl əxlaqın fəziləti və onun imandan olması.

Əməl imandandır, iman isə artır və azalır.

İslamın qadına verdiyi dəyər və ona yaxşılıq etməyə təşviq.

Mənbələr

Sünən Əbi Davud (7/ 70) (4682).

Sünən Ət-Tirmizi (2/ 454) (1162).

Əlavə (9)

مسند أحمد ط الرسالة (12/ 364) (7402).

سلسلة الأحاديث الصحيحة وشيء من فقهها وفوائدها.

للألباني (1/ 573).

بهجة الناظرين شرح رياض الصالحين.

لسليم الهلالي (1/ 362).

شرح رياض الصالحين.

لابن عثيمين (3/ 130).

كنوز رياض الصالحين.

لمجموعة من الباحثين (5/ 234).