"Sizlərdən biriniz ailəsinin yanına döndüyündə orada üç kök böyük hamilə dəvə görmək istəyərmi?
Əbu Hureyradan (Allah ondan razı olsun) Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyi rəvayət edilir:
"Sizlərdən biriniz ailəsinin yanına döndüyündə orada üç kök böyük hamilə dəvə görmək istəyərmi?". Biz: "Bəli" dedik. Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun): "Sizlərdən birinizin namazda oxuduğu üç ayə, üç böyük, kök, hamilə dəvəyə sahib olmaqdan daha xeyirlidir" - deyə buyurdu.
«أَيُحِبُّ أَحَدُكُمْ إِذَا رَجَعَ إِلَى أَهْلِهِ أَنْ يَجِدَ فِيهِ ثَلَاثَ خَلِفَاتٍ عِظَامٍ سِمَانٍ؟» قُلْنَا: نَعَمْ. قَالَ: «فَثَلَاثُ آيَاتٍ يَقْرَأُ بِهِنَّ أَحَدُكُمْ فِي صَلَاتِهِ خَيْرٌ لَهُ مِنْ ثَلَاثِ خَلِفَاتٍ عِظَامٍ سِمَانٍ».
Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) bəyan edir ki, namazda üç ayə oxumağın savabı, insanın evindəki üç kök, böyük, hamilə dəvədən daha xeyirlidir.
...:
Namazda Quran oxumağın fəziləti.
Saleh əməllər fani dünya ləzzətlərindən daha xeyirli və davamlıdır.
Bu fəzilət sadəcə üç ayə oxunmaqla kifayətlənmir. Namaz qılan kəs namazında oxuduğu Quran ayələrini artırarsa, əldə edəcəyi savab, ayələrin sayı qədər kök böyük hamilə dəvələrdən daha xeyirli olar.
Sahihu Muslim (1/ 552) (802).
Əlavə (4)
إكمال المعلم (3/172).
الإفصاح عن معاني الصِّحاح (8/65).
فتح المنعم شرح صحيح مسلم (3/620).
البحر المحيط الثجاج (16/343).
Kitablarda istinad edilib
2 KitablarƏlavə (2)
- الذكر والدعاء والعلاج بالرقي من الكتاب والسنة"أيحب أحدكم إذا رجع إلى أهله أن يجد فيه ثلاث خَلِفَاتٍ عِظامٍ سمانٍ؟ " قلنا نعم.
- المنتقى من المتجر الرابح في ثواب العمل الصالح - المعتمدالمنتقى من المتجر الرابح في ثواب العمل الصالح“أيحب أحدكم إذا رجع إلى أهله أن يجد فيه ثلاث خلفات عظام سمان؟” قلنا: نعم، قال: “فثلاث آيات يقرأ بهن أحدكم في صلاته، خير له من ثلاث خلفات عظام سمان”.