“Hər kim əl-bərdeyn namazlarını qılarsa, Cənnətə daxil olar”.
Əbu Musa Əl-Əşəridən (Allah ondan razı olsun) rəvayət edilir ki, Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) buyurdu:
“Hər kim əl-bərdeyn namazlarını qılarsa, Cənnətə daxil olar”.
«مَنْ صَلَّى الْبَرْدَيْنِ دَخَلَ الْجَنَّةَ»
Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) əl-bərdeyn namazlarına həris olmağa təşviq etmişdir. Bunlar sübh və əsr namazlarıdır. Onları vaxtında, camaatla və digər haqları ilə yerinə yetirəni, bu namazların onun cənnətə girməsinə səbəb olması ilə müjdələmişdir.
Sübh və əsr namazlarını qorumağın fəziləti, çünki sübh namazı yuxunun şirin olduğu vaxt, əsr namazı isə insanın öz işi ilə məşğul olduğu vaxt olur. Ona görə də bu namazlara diqqət edən kəs, digər namazlara da diqqət yetirər.
Sübh və əsr namazları bərdeyn ("iki sərinlik"; yəni sərin havada qılınan namazlar) adlanır, çünki sübh namazında gecənin sərinliyi, əsr namazında isə günortanın sərinliyi vardır (bərd - ərəbcə "sərinlik" deməkdir). Əsr namazı isti vaxtda olsa da belə, istiliyi özündən əvvəlki vaxtdan daha yüngüldür. Və ya onun bu cür adlandırılması üstünlük yönündəndir, (ərəblərdə) ay və günəşə "iki ay" deyilməsi kimi.
Sahihul-Buxari (1/ 119) (574).
Sahihu Muslim (1/ 440) (635).
Əlavə (4)
نزهة المتقين.
لمجموعة من الباحثين (1/ 159).
شرح رياض الصالحين.
لابن عثيمين (2/ 187).
Kitablarda istinad edilib
3 KitablarƏlavə (3)
- المنتقى من المتجر الرابح في ثواب العمل الصالح - المعتمدالمنتقى من المتجر الرابح في ثواب العمل الصالح“من صلى البردين دخل الجنة”.
- رياض الصالحينرياض الصالحين مع فوائد وهدايات - 1 «مَنْ صَلَّىٰ الْبَرْدَيْنِ دَخَلَ الْجَنَّةَ».
- رياض الصالحينرياض الصالحين مع فوائد وهدايات - 5«مَن صلَّىٰ البَرْدَيْنِ دَخَلَ الجَنَّةَ».