"Asanlaşdırın, çətinləşdirməyin, sevindirin, hürküdüb qaçırtmayın".
Ənəs bin Məlikdən (Allah ondan razı olsun) Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyi rəvayət edilir:
"Asanlaşdırın, çətinləşdirməyin, sevindirin, hürküdüb qaçırtmayın".
«يَسِّرُوا وَلَا تُعَسِّرُوا، وَبَشِّرُوا وَلَا تُنَفِّرُوا».
Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) insanlara Allahın icazə verdiyi və şəriət buyurduğu hüdudlar daxilində bütün din və dünya işlərində yüngülləşdirməyi, asanlaşdırmağı, çətinləşdirməməyi əmr etmişdir. Xeyir işlərdə insanları müjdələməyə, sevindirməyə və hürküdməməyə, xeyirdən uzaqlaşdırmamağa çağırır.
...:
Mömin Allahı insanlara sevdirməli və onları xeyir işlər görməyə təşviq etməlidir.
Allahın yoluna dəvət edən insan, İslam dəvətini insanlara çatdıracağı üsluba hikmətlə yanaşmalıdır.
Dəvətçinin insanlara təqdim etdiyi müjdə onlarda sevinc, rahatlıq, maraq doğurur.
Çətinlik isə dəvətçinin sözlərində şübhə, nifrət və üz çevirmə doğurur.
Allahın rəhmətinin qullarına genişliyi, onlara rahat din və asan şəriət nəsib etmişdir.
Asanlaşdırmaq şəriətlə əmr edilmişdir.
Sahihul-Buxari (1/ 25) (69).
Sahihu Muslim (3/ 1358) (1732).
Əlavə (6)
شرح صحيح البخاري.
لابن بطال (1/ 153).
إرشاد الساري لشرح صحيح البخاري.
لأبو العباس القسطلاني (1/ 169).
بهجة الناظرين شرح رياض الصالحين.
لسليم الهلالي (1/ 687).