"Kim bir namazı unudarsa onu xatırladığı zaman qılsın. Onun kəffarəsi ancaq budur"
Ənəs bin Məlik (Allah ondan razı olsun) Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyini rəvayət etmişdir:
"Kim bir namazı unudarsa onu xatırladığı zaman qılsın. Onun kəffarəsi ancaq budur". "Məni xatırlamaq üçün namaz qıl!" [Ta-Ha 20 surəsi, ayə 14].
«مَنْ نَسِيَ صَلَاةً فَلْيُصَلِّ إِذَا ذَكَرَهَا، لَا كَفَّارَةَ لَهَا إِلَّا ذَلِكَ: {وَأَقِمِ الصَّلاةَ لِذِكْرِي} [طه: 14]».
Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) fərz namazlarından hər hansı birini vaxtı çıxdıqdan sonra xatırlayan kimsənin, xatırladığı zaman o namazı qəza etməyə tələsməsini və bu namazı tərk etmənin günahını, xatırladığı an qılmasından başqa bir şey örtüb, silə bilməyəcəyini bəyan etmişdir. Uca Allah Qurani Kərimdə belə buyurmuşdur: "Məni xatırlamaq üçün namaz qıl!" [Ta-Ha 20 surəsi, ayə 14]. Bunun mənası, yəni: unutduğun namazı xatırladığın zaman qıl deməkdir.
Bu hədisdə namazın əhəmiyyəti, namazı qılmaqda və ya qəza etməkdə səhlənkar yaşmamaq bəyan edilmişdir.
Heç bir üzür olmadan, qəsdli bir şəkildə namazın vaxtını gecikdirmək caiz deyildir.
Unudan kimsə xatırladığı, yatan kimsə də oyandığı zaman namazı qəza etməsi vacibdir.
Namaz qılınması qadağan olan vaxtlar da olsa belə namazların dərhal qəza edilməsi vacibdir.
Sahihul-Buxari (1/ 122) (597).
Sahihu Muslim (1/ 477) (684).
Əlavə (2)
فتح الباري لابن حجر (2/ 71).
البحر المحيط الثجاج في شرح صحيح الإمام مسلم بن الحجاج (14/ 612).
Kitablarda istinad edilib
5 KitablarƏlavə (5)
- الصلاة التي علمها النبي ﷺ الصحابة رضي الله عنهمالصلاة التي علمها النبي ﷺ الصحابة رضي الله عنهم«مَنْ نَسِيَ صَلاَةً فَلْيُصَلِّ إِذَا ذَكَرَهَا، لاَ كَفَّارَةَ لَهَا إِلَّا ذَلِكَ ﴿...وَأَقِمِ ٱلصَّلَوٰةَ لِذِكۡرِيٓ﴾[450]»[451].
- الصلاة التي علمها النبي ﷺ الصحابة رضي الله عنهم«مَنْ نَسِيَ صَلَاةً فَلْيُصَلِّ إِذَا ذَكَرَهَا، لَا كَفَّارَةَ لَهَا إِلَّا ذَلِكَ ﴿...وَأَقِمِ ٱلصَّلَوٰةَ لِذِكۡرِيٓ﴾[450]»[451].
- المناهج التعليمية - الصف الرابعالمناهج التعليمية - الصف الرابع - الفقه«لَا كَفَّارَةَ لَهَا إِلَّا ذَٰلِكَ» [20].
- خطب تعظيم قدر الصلاة" مَنْ نَسِيَ صَلاَةً فَلْيُصَلِّ إِذَا ذَكَرَهَا، لاَ كَفَّارَةَ لَهَا إِلَّا ذَلِكَ "
- محاضرات تعظيم قدر الصلاةمحاضرات في تعظيم قدر الصلاة" مَنْ نَسِيَ صَلاَةً فَلْيُصَلِّ إِذَا ذَكَرَهَا، لاَ كَفَّارَةَ لَهَا إِلَّا ذَلِكَ " [32]