Skip to content

Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) hər gecə çarpayısına uzandıqda, ovuclarını birləşdirərək onlara üfləyər və onlara İxlas, Fələq, Nəs sürələrini oxuyar

Aişədən (Allah ondan razı olsun) belə dediyi rəvayət edilir:

Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) hər gecə çarpayısına uzandıqda, ovuclarını birləşdirərək onlara üfləyər və onlara İxlas, Fələq, Nəs sürələrini oxuyar, sonra isə əllərini bədənin bacardığı qədər hər yerinə sürtərdi. Başından, üzündən, bədənin ön hissəsindən başlayardı. Bunu üç dəfə edərdi.

أَنَّ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ كَانَ إِذَا أَوَى إِلَى فِرَاشِهِ كُلَّ لَيْلَةٍ جَمَعَ كَفَّيْهِ، ثُمَّ نَفَثَ فِيهِمَا فَقَرَأَ فِيهِمَا: {قُلْ هُوَ اللهُ أَحَدٌ}، وَ{قُلْ أَعُوذُ بِرَبِّ الْفَلَقِ}، وَ{قُلْ أَعُوذُ بِرَبِّ النَّاسِ}، ثُمَّ يَمْسَحُ بِهِمَا مَا اسْتَطَاعَ مِنْ جَسَدِهِ، يَبْدَأُ بِهِمَا عَلَى رَأْسِهِ وَوَجْهِهِ وَمَا أَقْبَلَ مِنْ جَسَدِهِ، يَفْعَلُ ذَلِكَ ثَلَاثَ مَرَّاتٍ.

Əl-Buxari rəvayət etdi.
Səhih
Şərh (izah)

Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) yatmaq üçün yatağına girərkən etdiyi şeylərdən biri də, ovuclarını birləşdirərək, dua edən insan kimi əllərini qaldırar, xəfif tüpürərək ovuclarına üfürər, İxlas, Fələq, Nəs sürələrini oxuyar, sonra isə başından, üzündən, bədənin ön qismindən başlayaraq, əllərini bədənin bacardığı qədər hər yerinə sürtərdi. Bunu üç dəfə edərdi.

Kəlmələrin mənası

...:

Hədisin faydalarından

Yatmazdan öncə əllərin içinə üfürməklə İxlas, Fələq, Nəs surələrini oxuyub, sonra bədənin bacarıldığı qədər hər yerinə sürtməyin müstəhəb olması.

Mənbələr

Sahihul-Buxari (6/ 190) (5017).

(7/ 133) (5748).

Əlavə (5)

الكاشف عن حقائق السُّنن (5/1651).

عمدة القاري شرح صحيح البخاري (20/ 35).

التوضيح لشرح الجامع الصحيح ( 24/ 91).

النهاية في غريب الحديث والأثر (ص 929).

شرح سنن أبي داود لابن رسلان (19/268).