Skip to content

"Rəhm edənlərə (mərhəmətli olanlara) Rəhman olan Allah rəhm edər. Yer üzündə olanlara rəhm edin ki, səmada Olan da sizə rəhm etsin".

Abdullah bin Amr bin As (Allah hər ikisindən razı olsun) rəvayət edir ki, Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) belə demişdir:

"Rəhm edənlərə (mərhəmətli olanlara) Rəhman olan Allah rəhm edər. Yer üzündə olanlara rəhm edin ki, səmada Olan da sizə rəhm etsin".

«الرَّاحِمُونَ يَرْحَمُهمُ الرَّحمنُ، ارحَمُوا أهلَ الأرضِ يَرْحْمْكُم مَن في السّماء».

Əbu Davud, Ət-Tirmizi,Əhməd
Səhih
Şərh (izah)

Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) başqalarına mərhəmət edən kimsələrə, bu yaxşı əməllərinin qarşılığı olaraq, rəhməti ilə hər şeyi əhatə edən Rəhman olan Allahın mərhəmət edəcəyini xəbər vermişdir. Sonra Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) istər insan, istər heyvan, istər quş, istərsə də digər canlılar olsun, yer üzündəki hər bir canlıya mərhəmət edilməsini əmr etmişdir. Bunun qarşılığı isə yeddi qat səmanın üzərindəki Allahın sizə mərhəmət etməsidir.

Kəlmələrin mənası

...:

Hədisin faydalarından

İslam dini rəhmət dinidir. Bu din bütünlüklə, Allaha itaat etmək və canlılara yaxşılıq etmək üzərində qurulmuşdur.

İzzət və uca olan Allah rəhmət sifəti ilə vəsf edilmişdir. Bütün naqisliklərdən pak olan O, Rəhman və Rəhimdir. Onun rəhməti qullarına çatandır.

Əməlin mükafatı yaxud cəzası onun növündəndir. Mərhəmətli olanlara Allah rəhm edər.

Mənbələr

Sünən Əbi Davud (7/ 297) (4941).

Sünən Ət-Tirmizi (3/ 483) (1924).

Əlavə (7)

مسند أحمد ط الرسالة (11/ 33) (6494).

تحفة الأحوذي بشرح جامع الترمذي.

لمحمد المباركفورى (6/ 43).

سلسلة الأحاديث الصحيحة وشيء من فقهها وفوائدها.

للألباني (2/ 594).

معارج القبول بشرح سلم الوصول إلى علم الأصول.

حافظ الحكمي (1/ 156).