"Ən böyük cihadlardan biri, zalım hökmdar qarşısında ədaləti söyləməkdir”.
Əbu Səid Əl-Xudridən (Allah ondan razı olsun) Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) belə buyurduğu rəvayət edilir:
"Ən böyük cihadlardan biri, zalım hökmdar qarşısında ədaləti söyləməkdir”.
«إِنَّ مِنْ أَعْظَمِ الجِهَادِ كَلِمَةَ عَدْلٍ عِنْدَ سُلْطَانٍ جَائِرٍ».
Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) bəyan etmişdir ki, Uca Allah yolunda cihadın ən böyük və ən faydalı növlərindən biri ədalətsiz və zalım hökmdar və ya rəhbərin qarşısında ədalət və haqq sözünü deməkdir. Çünki o, istər sözlə, istər yazı ilə, istər əməllə və ya məsləhətin əldə edildiyi, məfsədənin uzaqlaşdırıldığı hər hansı bir şeylə də olsa, yaxşılığı əmr edib pislikdən çəkindirmək şüarının yerinə yetirilməsidir.
Yaxşılığı əmr edib və pislikdən çəkindirmək cihaddan sayılır .
Hökmdara nəsihət etmək cihadın ən böyük növlərindəndir, lakin bunu elm, hikmət və məsləhətləşmə və dəqiqləşdirmədən sonra etmək lazımdır.
Xəttabi demişdir: “Bu, ən üstün cihaddır, çünki düşmənə qarşı cihad edən qorxu ilə ümid arasında tərəddüd edir və bilmir ki, düşmənə qalib gələcək, yoxsa məğlub olacaq. Lakin hökmdar qarşısında olan kəs tamamilə onun ixtiyarındadır və əgər həqiqəti söyləsə və ona yaxşılığı əmr etsə, özünü həlak və ölüm təhlükəsinə atar. Beləliklə bu, qorxuya qalib gəlindiyi üçün ən yaxşı cihad növü olur. Həmçinin deyilir ki, bu ona görə ən yaxşı cihaddır ki, çünki əmr sahibi (hökmdar) onun sözünə qulaq assa, bu, çoxlu sayda insana fayda verə bilər və məsləhət hasil olar”.
Sünən Ət-Tirmizi (4/ 45) (2174).
Sünən Əbi Davud (6/ 400) (4344).
Sünən İbn Məcəh (5/ 144) (4011).
Müsnəd Əhməd (17/ 227) (11143).
Əlavə (6)
بهجة الناظرين شرح رياض الصالحين.
لسليم الهلالي (1/ 283).
شرح رياض الصالحين.
لابن عثيمين (2/ 453).
نزهة المتقين شرح رياض الصالحين.
لمجموعة من الباحثين (1/ 216).