Skip to content

"Əgər kişi ailəsinə Allahın razılığını qazanmaq üçün xərcləyirsə, bu onun üçün sədəqədir".

Əbu Məsuddan (Allah ondan razı olsun) Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyi rəvayət edilir:

"Əgər kişi ailəsinə Allahın razılığını qazanmaq üçün xərcləyirsə, bu onun üçün sədəqədir".

«إِذَا أَنْفَقَ الرَّجُلُ عَلَى أَهْلِهِ يَحْتَسِبُهَا فَهُوَ لَهُ صَدَقَةٌ».

Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)
Səhih
Şərh (izah)

Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) xəbər verir ki, öz xanımı, valideyni, övladı və digərləri kimi baxmağı vacib olan kəslərə kişi malından xərcləyərsə və bunu da uca Allaha yaxınlaşmaq və savab əldə etmək məqsədilə edərsə, bu xərclədiyi onun üçün sədəqə kimidir.

Kəlmələrin mənası

...:

Hədisin faydalarından

Ailəyə yönələn xərclərlə əcr və savaba nail olunur.

Mömin əməlində Allahın Üzünü, Onun əcr və savabına nail olmağı hədəf tutar.

Ailə üçün xərcləmək də daxil olmaqla hər bir əməldə saleh niyyət xatırlanmalıdır.

Mənbələr

Sahihul-Buxari (1/ 20) (55).

Sahihu Muslim (2/ 695) (1002).

Əlavə (8)

كنوز رياض الصالحين.

لمجموعة من الباحثين (5/ 334).

شرح رياض الصالحين.

لابن عثيمين (3/ 157).

نزهة المتقين بشرح رياض الصالحين.

لمصطفى الخن وغيره (1/ 293).

بهجة الناظرين شرح رياض الصالحين.

سليم الهلالي (1/ 375).