Skip to content

"Qiyamət günü insanlar arasında ilk mühakimə olunacaq məsələ qantökmə məsələsi olacaq".

Abdullah bin Məsuddan (Allah ondan razı olsun) Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə söylədiyi rəvayət edilir:

"Qiyamət günü insanlar arasında ilk mühakimə olunacaq məsələ qantökmə məsələsi olacaq".

«أَوَّلُ مَا يُقْضَى بَيْنَ النَّاسِ يَوْمَ الْقِيَامَةِ فِي الدِّمَاءِ».

Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)
Səhih
Şərh (izah)

Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) qeyd etdi ki, Qiyamət günü bir-birilərinə zülm edən insanlar arasında ilk veriləcək hökm, qətl və yaralamaq kimi qantökmə məsələsində olacaq.

Kəlmələrin mənası

...:

Hədisin faydalarından

Qan axıtmağın əzəmətli iş olması, çünki bir şeyə ən mühüm məsələlərlə başlanılır.

Günahlar törədilən fəsadın ciddiliyinə görə böyüyür, sözsüz ki, günahsız insanların canını almaq ən böyük fəsadlardan biridir, bundan da ən əzəmətli fəsad isə Allah Təalaya küfr etmək və şərik qoşmaqdır.

Mənbələr

Sahihul-Buxari (9/ 2) (6864).

Sahihu Muslim (3/ 1304) (1678).

Əlavə (6)

خلاصة الكلام شرح عمدة الأحكام.

لفيصل آل مبارك (ص319).

تيسير العلام شرح عمدة الأحكام.

للبسام (ص640).

الإلمام بشرح عمدة الأحكام.

لإسماعيل الأنصاري (2/ 103).