Skip to content

"Qohum-əqrəbasının yaxşılıq etməsinə eynisiylə cavab verən insan heç də qohumluq əlaqələrini birləşdirən kimsə deyildir. Qohumluq əlaqələrini birləşdirən kimsə, qohumları onunla əlaqəni kəsdikləri zaman onlarla əlaqə saxlayıb bu əlaqəni birləşdirən kimsədir".

Abdullah ibn Amr - Allah ondan və atasından razı olsun - rəvayət edir ki, Peyğəmbər - sallallahu aleyhi va səlləm - belə demişdir:

"Qohum-əqrəbasının yaxşılıq etməsinə eynisiylə cavab verən insan heç də qohumluq əlaqələrini birləşdirən kimsə deyildir. Qohumluq əlaqələrini birləşdirən kimsə, qohumları onunla əlaqəni kəsdikləri zaman onlarla əlaqə saxlayıb bu əlaqəni birləşdirən kimsədir".

«لَيْسَ الْوَاصِلُ بِالْمُكَافِئِ، وَلَكِنِ الْوَاصِلُ الَّذِي إِذَا قُطِعَتْ رَحِمُهُ وَصَلَهَا».

Əl-Buxari rəvayət etdi.
Səhih
Şərh (izah)

Peyğəmbər - sallallahu aleyhi va səlləm - bu hədisdə bizə xəbər verir ki, qohum-əqrəba əlaqələrini birləşdirmədə və qohum-əqrəbaya yaxşılıq etmədə mükəmməl insan, heç də yaxşılığa yaxşılıqla qarşılıq verən insan deyildir. Əksinə, qohum-əqrəba əlaqələrini həqiqi mənada birləşdirən insan, qohumları onunla əlaqəni kəsdikləri, hətta ona pislik etdikləri zaman belə qohum-əqrəbalarına yaxşılıq etməyə davam edən insandır.

Kəlmələrin mənası

المكافئ: الذي يكافئهم على صلتهم له، إن وصلوه وصلهم وإن قطعوه قطعهم.

وصلها: برها وأحسن إليها.

Hədisin faydalarından

Şəriətin dəyər verdiyi qohumluq əlaqələri heç də sadəcə qarşılıqlı yaxşılıq etmək və mükafat verməklə deyil, əksinə səninlə qohumluq əlaqələrini kəsən kimsələrlə qohumluq əlaqələrini kəsməməyin, sənə zülm edənləri bağışlamağın, pislik edən kimsələrə yaxşılıq etməyinlə olur.

Qohumluq əlaqələrini birləşdirmək, mümkün olduğu qədər onlara maddi yardım göstərmək, onlar üçün dua etmək, yaxşılığı əmr edib pislikdən çəkindirmək kimi şeylərlə və həmçinin imkan daxilində xoşagəlməz şeyləri onlardan uzaqlaşdırmaqla olur.

Mənbələr

Sahihul-Buxari (8/ 6) (5991).

Əlavə (8)

منار القاري شرح مختصر صحيح البخاري.

لحمزة محمد قاسم (5/ 242).

بهجة الناظرين.

لسليم الهلالي (1/ 397).

نزهة المتقين.

لمصطفى الخن وغيره (1/ 311).

شرح رياض الصالحين.

لابن عثيمين (3/ 190).