"Səflərinizi düzəldin, çünki, səflərin düzlüyü namazın kamilliyindəndir"
Ənəs bin Məlikdən (Allah ondan razı olsun) Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyi rəvayət edilir:
"Səflərinizi düzəldin, çünki, səflərin düzlüyü namazın kamilliyindəndir"
«سَوُّوا صُفُوفَكُمْ، فَإِنَّ تَسْوِيَةَ الصَّفِّ مِنْ تَمَامِ الصَّلَاةِ».
Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) namaz qılanlara səflərini düzəltməyi, bir-birindən qabağa keçməmələrini və geri durmamalarını əmr edir və səfləri düzəltməyin namazın tamamlanması və kamilliyinin bir hissəsi olduğunu, sıranın əyriliyinin isə namazda olan qüsur və ya çatışmazlıq olduğunu xəbər verir.
Namazı tamamlayan və onu nöqsanlardan uzaqlaşdıran hər bir şeyə diqqət etməyin tələb olunması.
Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) elmi öyrətməkdə olan hikməti, çünki, şəriətin hikmətini bildirmək və nəfsləri əməl etməyə həvəsləndirmək üçün məsələnin hökmünü səbəbi ilə yanaşı qeyd etdi.
Sahihul-Buxari (1/ 145) (723).
Sahihu Muslim (1/ 324) (433).
Əlavə (6)
تيسير العلام شرح عمدة الأحكام.
للبسام (ص127).
تنبيه الأفهام شرح عمدة الأحكام.
لابن عثيمين (1/ 161).
الإفهام في شرح عمدة الأحكام.
لابن باز (ص173).