"Kim gün ərzində yüz dəfə Subhənallahi və bihəmdihi deyərsə, günahları dəniz köpüyü qədər olsa belə bağışlanar".
Əbu Hureyradan (Allah ondan razı olsun) Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyi rəvayət edilir:
"Kim gün ərzində yüz dəfə Subhənallahi və bihəmdihi deyərsə, günahları dəniz köpüyü qədər olsa belə bağışlanar".
«مَنْ قَالَ: سُبْحَانَ اللهِ وَبِحَمْدِهِ، فِي يَوْمٍ مِائَةَ مَرَّةٍ، حُطَّتْ خَطَايَاهُ وَإِنْ كَانَتْ مِثْلَ زَبَدِ الْبَحْرِ».
Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) xəbər verir ki, kim gün ərzində yüz dəfə: "Subhənallahi və bihəmdihi" deyərsə, günahları coşan dənizin üzərini alan köpüklər qədər çox olsa belə silinər.
Bu savaba gün ərzində istər ardıcıl surətdə, istərsə də ayrı-ayrılıqda deməklə nail olunur.
Təsbih (subhanallah): Allah nöqsansızdır - deməkdir. Əlhəmdulilləh: Allahı sevərək və təzim edərək, kamillik sifəti ilə vəsf etməkdir.
Hədisdə nəzərdə tutulan kiçik günahların bağışlanmasıdır, böyük günahlara gəldikdə isə onlara tövbə etmək gərəkdir.
Sahihul-Buxari (8/ 86) (6405).
Sahihu Muslim (4/ 2071) (2691).
Əlavə (8)
توضيح الأحكام من بلوغ المرام.
للبسام (7/ 535).
منحة العلام في شرح بلوغ المرام.
لعبد الله الفوزان (10/ 401).
فتح ذي الجلال والإكرام.
لابن عثيمين (6/ 470).
سبل السلام بشرح بلوغ المرام.
للصنعاني (2/ 704).