“Bu qəbirdəkilər əzab çəkirlər, əzabları isə böyük günahlarına görə deyil. Qəbirdəkilərdən birinə sidikdən qorunmadığına görə, digərinə isə insanlar arasında söz gəzdirdiyinə görə əzab verilir
İbn Abbasdan (Allah ondan və atsından razı olsun) belə dediyi rəvayət edilir:
Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) iki qəbrin yanından keçərkən belə dedi: “Bu qəbirdəkilər əzab çəkirlər, əzabları isə böyük günahlarına görə deyil. Qəbirdəkilərdən birinə sidikdən qorunmadığına görə, digərinə isə insanlar arasında söz gəzdirdiyinə görə əzab verilir. Sonra yaş bir xurma budağı götürüb, iki yarıya böldü və hər qəbirə birini basdırdı. Soruşdular ki: “Ey Allahın Rəsulu, niyə belə etdin? Buyurdu ki: “Ümid edirəm ki, bu budaqlar yaş qaldıqca onların da əzabı yüngülləşər”.
مَرَّ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ بِقَبْرَيْنِ، فَقَالَ: «إِنَّهُمَا لَيُعَذَّبَانِ، وَمَا يُعَذَّبَانِ فِي كَبِيرٍ، أَمَّا أَحَدُهُمَا فَكَانَ لاَ يَسْتَتِرُ مِنَ البَوْلِ، وَأَمَّا الآخَرُ فَكَانَ يَمْشِي بِالنَّمِيمَةِ» ثُمَّ أَخَذَ جَرِيدَةً رَطْبَةً، فَشَقَّهَا نِصْفَيْنِ، فَغَرَزَ فِي كُلِّ قَبْرٍ وَاحِدَةً، قَالُوا: يَا رَسُولَ اللَّهِ، لِمَ فَعَلْتَ هَذَا؟ قَالَ: «لَعَلَّهُ يُخَفِّفُ عَنْهُمَا مَا لَمْ يَيْبَسَا».
Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) iki qəbrin yanından keçərkən belə dedi: Bu iki qəbrin sahibinə əzab verilir; bu əzab onlar üçün sizin nəzərinizə görə böyük bir məsələdə olmasa da , Allah qatında o böyükdür. Onlardan biri, ehtiyacını ödəyərkən bədənini və paltarını sidikdən qorumağa önəm verməzdi. Digəri isə insanlar arasında söz gəzirməklə məşğul idi, zərər vermək və insanlar arasında ixtilaf və çəkişmə salmaq məqsədiylə başqasının sözünü nəql edirdi.
...:
Söz gəzdirmək və sidikdən təmizlənməmək böyük günahlardandır və qəbir əzabının səbəblərindəndir.
Pak olan Allah qəbir əzabı kimi bəzi qeybi məsələləri, Allah Elçisinin (Allahın salavatı və salamı onun üzərinə olsun) peyğəmbərliyinin əlamət olaraq izhar edir.
İki xurma budağını kəsib qəbrin üstünə qoymaq kimi bu əməl Peyğəmbərə (Allahın salavatı və salamı onun üzərinə olsun) xasdır. Çünki Allah Peyğəmbərə (Allahın salavatı və salamı onun üzərinə olsun) qəbirdəki iki insanın halından xəbər verib, ona görə də heç kəs onunla müqayisə oluna bilməz, çünki qəbirdəki insanların halını heç kim bilmir.
Sahihul-Buxari (1/ 53) (218).
Sahihu Muslim (1/ 240) (292).
Əlavə (6)
تيسير العلام شرح عمدة الأحكام.
لعبد الله البسام (ص43).
خلاصة الكلام شرح عمدة الأحكام.
لفيصل آل مبارك (ص22).
الإلمام بشرح عمدة الأحكام.
لإسماعيل الأنصاري (1/ 29).
Kitablarda istinad edilib
4 KitablarƏlavə (3)
- قاموس الكبائر موسوعة الكبائر - المجموعة الأولىمَرَّ النَّبِيُّ ﷺ بِقَبْرَيْنِ، فَقَالَ: «إِنَّهُمَا لَيُعَذَّبَانِ، وَمَا يُعَذَّبَانِ فِي كَبِيرٍ، أَمَّا أَحَدُهُمَا فَكَانَ لَا يَسْتَتِرُ مِنَ البَوْلِ، وَأَمَّا الآخَرُ فَكَانَ يَمْشِي بِالنَّمِيمَةِ»[6].
- قاموس الكبائرموسوعة الكبائر - المجموعة الثانية«إِنَّهُمَا لَيُعَذَّبَانِ، وَمَا يُعَذَّبَانِ فِي كَبِيرٍ، أَمَّا أَحَدُهُمَا فَكَانَ لَا يَسْتَتِرُ مِنَ البَوْلِ، وَأَمَّا الْآخَرُ فَكَانَ يَمْشِي بِالنَّمِيمَةِ» [120].
- مشروع المنهج التعليميمادة التوحيد مستوى 2«أَمَّا أَحَدُهُمَا فَكَانَ لاَ يَسْتَتِرُ مِنَ البَوْلِ، وَأَمَّا الآخَرُ فَكَانَ يَمْشِي بِالنَّمِيمَةِ»