Skip to content

"Dildə yüngül, tərəzidə ağır, Rəhmana sevimli gələn iki kəlimə vardır

Əbu Hureyrədən (Allah ondan razı olsun) Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyi rəvayət edilmişdir:

"Dildə yüngül, tərəzidə ağır, Rəhmana sevimli gələn iki kəlimə vardır: Subhənallahil-Azim, Subhənallahi və bihəmdihi".

«كَلِمَتَانِ خَفِيفَتَانِ عَلَى اللِّسَانِ، ثَقِيلَتَانِ فِي الْمِيزَانِ، حَبِيبَتَانِ إِلَى الرَّحْمَنِ: سُبْحَانَ اللهِ الْعَظِيمِ، سُبْحَانَ اللهِ وَبِحَمْدِهِ».

Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)
Səhih
Şərh (izah)

Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) insanın çətinlik çəkmədən, hər zaman bu iki kəliməni tələffüz etməsi barədə xəbər verir və vurğulayır ki, əməl tərəzisində bu iki kəlimənin mükafatı möhtəşəmdir və həmçinin bildirir ki, bunlar Rəhman olan uca və müqəddəs Rəbbimizə sevimli olan kəlimələrdəndir: "Subhənallahil-Azim, Subhənallahi və bihəmdihi" sözləri uca və müqəddəs Allahın əzəmət və kamillik sifətləriylə vəsfini və nöqsanlardan uzaq olmasını ehtiva edir.

Kəlmələrin mənası

.....:

Hədisin faydalarından

Ən möhtəşəm zikr - Allahı eyiblərdən münəzzəh edən və Ona həmd səna edilən zikrin bir yerdə, bir araya gəlməsidir.

Allahın qullarına qarşı olan rəhmətinin genişliyinin bəyanı, və az əməl olsa belə O, əvəzini böyük mükafatla verir.

Mənbələr

Sahihul-Buxari (8/ 86) (6406).

Sahihu Muslim (4/ 2072) (2694).

Əlavə (4)

منحة العلام في شرح بلوغ المرام.

لعبد الله الفوزان (10/ 480).

فتح ذي الجلال والإكرام بشرح بلوغ المرام.

لابن عثيمين (6/ 519).