Skip to content

"Əgər siz Allaha layiqincə təvəkkül etsəydiniz, O, səhər yuvasından ac çıxıb, axşam tox qayıdan quşu ruziləndirdiyi kimi, sizi də ruziləndirərdi".

Ömər bin Xattab (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (salləllahu aleyhi va səlləm) belə buyurmuşdur:

"Əgər siz Allaha layiqincə təvəkkül etsəydiniz, O, səhər yuvasından ac çıxıb, axşam tox qayıdan quşu ruziləndirdiyi kimi, sizi də ruziləndirərdi".

«لَوْ أَنَّكُمْ كُنْتُمْ تَوَكَّلُونَ عَلَى اللهِ حَقَّ تَوَكُّلِهِ لَرَزَقَكُمْ كَمَا يَرْزَقُ الطَّيْرَ تَغْدُو خِمَاصًا وَتَرُوحُ بِطَانًا».

İmam Əhməd, Tirmizi, Nəsai, İbn Maca, İbn Hibban “Səhih” əsərində və Hakim rəvayət etmişlər.
Səhih
Şərh (izah)

Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) bizi dünyəvi və dini işlərdə faydalı əməllərə sarınmaqla və zərərli şeyləri dəf etməklə izzət və cəlal sahibi olan Allaha güvənməyə təşviq edir, çünki bizə neməti verən, onu bizdən uzaqlaşdıran, zərəri dəf edib, xeyiri bizə əta edən yalnız pak və Uca Allahdır. Allaha sidq qəlblə təvəkkül edib, zərərləri uzaqlaşdırmaq və faydaları əldə etmək üçün səbəblərdən yapışmalıyıq, bunu etdiymiz zaman Allah bizi, səhər ac ikən yuvasından çıxıb, sonra axşam qarnı tox qayıdan quşu ruziləndirdiyi kimi ruziləndirər. Quşun bu hərəkəti, tənbəllik etməyib və başqalarına arxayın olmayıb, ruzi ardınca getmə misallarından biridir.

Hədisin faydalarından

Təvəkkülün fəziləti və onun ruzi əldə etməkdə ən böyük səbəblərdən biri olması.

Təvvəkkül ilə səbəbləri yerinə yetirmək arasında ziddiyyət yoxdur, çünki bizə xəbər verir ki, həqiqi təvəkkül ilə səhər ruzi üçün yola çıxmaq təzad təşkil etmir.

Şəriətin qəlb əməllərinə diqqəti, çünki təvəkkül qəlb əməlidir.

Sadəcə səbəblərdən yapışmaq dində naqislikdir, səbəbləri tərk etmək isə ağılda naqislikdir.

Mənbələr

Sünən Ət-Tirmizi (4/ 151) (2344).

Sünən İbn Məcəh (5/ 266) (4164).

Müsnəd Əhməd (1/ 332) (205).

Əlavə (5)

التحفة الربانية في شرح الأربعين حديثًا النووية (ص103).

فتح القوي المتين في شرح الأربعين وتتمة الخمسين.

للعباد (ص152).

الأحاديث الأربعون النووية وعليها الشرح الموجز المفيد.

لعبد الله المحسن (ص91).