Skip to content
473 Hədislər

Peyğəmbər Hədisləri Ensiklopediyası

Nəticələri filtrlə

473 kartdan 64

Filtrləri təmizlə
Yağışlı və şiddətli zülmət bir gecədə Allah Rəsulunu(Allahın salavatı və salamı onun üzərinə olsun) bizə namaz qıldırması üçün axtarmağa çıxdıq və onu tapdıq. O, dedi: “De”. Mən isə heç bir şey demədim. Sonra yenə dedi: “De”. Mən yenə heç bir şey demədim. Sonra yenə "De" dedi. Mən də: "Nə deyim?". dedim. Buyurdu: "Səhərə və axşama çıxdığında üç dəfə «"Qul huvallahu əhəd" və "Fələq" və "Nəss" surələrini oxu, hər cür şərrə qarşı sənə kifayət edər".
Səhih Əbu Davud, Ət-Tirmizi,Ən-Nəsai rəvayət etdi.
"Zikrin ən fəzilətlisi: «Lə iləhə illəllah» kəlməsidir, duanın ən fəzilətlisi isə: «Əlhəmdulilləh» sözüdür".
Həsən Ət-Tirmizi, Ən-Nəsai əl-Kubrada və İbn Məcə rəvayət ediblər.
Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə söylədiyini eşitdim: "Uca Allah buyurdu: Ey Adəm oğlu, nə qədər ki, Mənə dua edib ümid bəsləyirsən, sənin etdiyin günahları bağışlayaram və onlara əhəmiyyət vermərəm. Ey Adəm oğlu, əgər sənin günahların göydəki buludlara çatsa, sonra Məndən bağışlanma diləsən, Mən səni bağışlayaram və onlara əhəmiyyət vermərəm, ey Adəm oğlu, əgər sən Mənə yer dolusu günahla gəlsən və Mənə heç bir şeyi şərik qoşmadan mənimlə qarşılaşsan, Mən səni yer dolusu bağışlanmayla qarşılayaram".
Həsən Ət-Tirmizi rəvayət etdi.
"Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) yanına müsəlman olmaq üçün gəldim, O mənə: su və sidr ilə yuyunmağımı əmr etdi".
Səhih Əbu Davud, Ət-Tirmizi,Ən-Nəsai rəvayət etdi.
"Kim qardaşının ismətini qoruyarsa, Allah da onu Qiyamət günü cəhənnəm əzabından qoruyar".
Səhih Ət-Tirmizi və Əhməd rəvayət ediblər.
"Allahın Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) asqırdığı zaman əlini və ya paltarını ağzının üstünə qoyar və onunla səsini aşağı salardı".
Səhih Əbu Davud, Ət-Tirmizi,Əhməd
"Borcu qaytarmaqda çətinlik çəkənə möhlət verən və ya borcunu ona tamamilə əfv edən kəsi, Allah Qiyamət günü Öz ərşinin kölgəsi altına alacaq, həmin gün o kölgədən savayı sığınılacaq heç bir kölgə olmayacaq".
Səhih Ət-Tirmizi və Əhməd rəvayət ediblər.
"Bilin ki, bir kişinin ona məndən çatan hədis barədə öz oturacağının qoltuğuna rahat söykənərək belə söyləyəcəyi zaman yaxındadir: "Bizimlə sizin aranızda Allahın kitabı var, orada nəyi halal gördüksə, onu halal bilərik, haram gördüyümüzü isə haram bilərik". Bilin ki, Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) haram etdikləri Allahın haram etdikləri kimidir".
Səhih Əbu Davud, Ət-Tirmizi və İbnu Məcə rəvayət etdi.