Skip to content
473 Hədislər

Peyğəmbər Hədisləri Ensiklopediyası

Nəticələri filtrlə

473 kartdan 62

Filtrləri təmizlə
Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) iki səcdə arasında belə deyərdi: «Rabbi-ğfir li, Rabbi-ğfir li».
Səhih Əbu Davud, Ən-Nəsai,İbnu Məcə və Əhməd rəvayət etdi.
Mən Peyğəmbərlə (sallallahu aleyhi və səlləm) birgə səfərdə idim. Bir gün, biz yol gedərkən ona yaxınlaşdım və dedim: "Ey Allahın Rəsulu, məni Cənnətə daxil edəcək və Cəhənnəmdən uzaqlaşdıracaq əməl barədə mənə xəbər ver!". Peyğəmbər (sallallahu aleyhi və səlləm) buyurdu: "Sən məndən əzəmətli bir əməl barədə soruşdun. Həqiqətən də o Allahın asanlaşdırdığı kimsələr üçün asandır. Gərək, Allaha ibadət edəsən və Ona heç bir şeyi şərik qoşmayasan, namazı qılasan, zəkat verəsən, ramazan ayını oruc tutasan və Kəbəni ziyarət edəsən”. Sonra Peyğəmbər (sallallahu aleyhi və səlləm) dedi: “Səni xeyir qapılarına yönəldimmi? Oruc qalxandır. Sədəqə suyun odu söndürdüyü kimi günahları söndürür (silir). Kişinin gecənin ortasında qıldığı namazı da, habelə”. Sonra Peyğəmbər (sallallahu aleyhi və səlləm) bu ayəni oxudu: “Onlar gecə namazını qılmaq üçün böyürlərini yataqdan qaldırır, qorxu və ümid içində öz Rəbbinə yalvarır və onlara verdiyimiz ruzilərdən Allah yolunda xərcləyirlər. Etdikləri əməllərin mükafatı olaraq onlar üçün gözlərinə sevinc gətirəcək nələr saxlandığını heç kəs bilmir”. Sonra Peyğəmbər (sallallahu aleyhi və səlləm) dedi: “Sənə dinin başı, onun dirəyi və ən uca zirvəsi barədə xəbər verimmi?” Mən dedim: "Bəli, Ey Allahın Rəsulu". O, buyurdu: “Dinin başı İslam, dirəyi namaz, ən uca zirvəsi isə cihaddır”. Sonra Peyğəmbər (sallallahu aleyhi və səlləm) dedi: “Sənə bunların hamısını özündə cəm edən xislət barədə xəbər verimmi?”. Mən dedim: "Əlbəttə, Ey Allahın Rəsulu". O, əli ilə öz dilini tutub dedi: “Bunu, saxla!” Mən dedim: "Ey Allahın Peyğəmbəri! Məgər biz, danışdığımız sözlərə görə hesaba çəkiləcəyik?!". Peyğəmbər (sallallahu aleyhi və səlləm) dedi: “Anan səni itirsin ey Muaz! Məgər insanları üzüstə yaxud burunları üzərində Cəhənnəmə sürükləyən yalnız dilləri ilə əkdiklərinin bəhrəsi deyilmi?!”.
Rəvayət yollarının məcmusuyla səhih olan Ət-Tirmizi, İbnu Məcə və Əhməd rəvayət etdi.
"Mömin kişi və mömin qadının, günahlardan tam təmizlənmiş halda Allahla qarşılaşana qədər özündə, övladlarında və malında bəla baş verməyə davam edər".
Həsən Ət-Tirmizi və Əhməd rəvayət ediblər.
Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) iki səcdə arasında deyərdi: "Allahummə-ğfirli, varhəmni, və afini, vəhdini vərzuqni" - (Allahım məni bağışla, mənə rəhm et və əfv et, məni doğru yola yönəlt və mənə ruzi yetir).
Şahidləriylə həsən olan Əbu Davud, Ət-Tirmizi, İbn Məcə, Əhməd rəvayət ediblər
“Gecə və gündüzün çatdığı hər yerə bu iş də (İslam dini) çatacaqdır. Allah, qüdrətlinin izzəti və zəlilin zilləti ilə, bu dini daxil etmədiyi nə bir şəhər, nə də ki bir kənd evi buraxmayacaq, Allahın İslamla izzətləndirdiyi şərəflənəcək, küfrlə zəlil etdiyi isə zəlil olacaqdır”. Və Təmim əd-Dəri deyərdi: “Mən bunu öz ailəmdə müşahidə etdim, artıq onlardan İslamı qəbul edənlərə xeyir, şərəf və izzət nəsib oldu. Onlardan kafir olanlara isə zillət, alçaldılma və cizyə vermək nəsib oldu.
Səhih Əhməd rəvayət etdi.
"Əgər biriniz qardaşını (Allah üçün) sevərsə, ona, sevdiyini söyləsin".
Səhih Əbu Davud, Ət-Tirmizi, Ən-Nəsai Əl-Kubrada,Əhməd rəvayət etdi.