Skip to content
473 Hədislər

Peyğəmbər Hədisləri Ensiklopediyası

Nəticələri filtrlə

473 kartdan 20

Filtrləri təmizlə
Allah qiyamət günü sizlərin hər birinizlə arada tərcüməçi olmadan danışacaq və O, sağına baxıb yalnız etdiyi əməlləri görəcək, soluna baxıb yalnız etdiyi əməlləri görəcək, qarşısına baxıb yalnız odu görəcək, xurmanın yarısı ilə da olsa, (sədəq verməklə) oddan qorunun.
Səhih Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)
"Rəhm edənlərə (mərhəmətli olanlara) Rəhman olan Allah rəhm edər. Yer üzündə olanlara rəhm edin ki, səmada Olan da sizə rəhm etsin".
Səhih Əbu Davud, Ət-Tirmizi,Əhməd
"Uca Allah belə demişdir: Kim mənim bir vəlimə (dostuma, yaxın quluma) düşmənçilik edərsə, mən ona müharibə elan edərəm. Qulum Mənə, ona fərz etdiyim ibadətlərdən daha sevimli başqa bir şeylə yaxınlaşa bilməz. Qulum mənə nafilə ibadətlərlə o qədər yaxınlaşar ki, Mən onu sevərəm. Mən onu sevdikdə, onun eşidən qulağı, görən gözü, tutan əli və yeriyən ayağı olaram. Məndən bir şey istəsə, ona verərəm, Mənə sığınsa, onu qoruyaram".
Səhih Əl-Buxari rəvayət etdi.
“Allah yaxşı və pis əməlləri yazmış, sonra da bunları bəyan etmişdir. Kim bir yaxşı iş görməyə niyyət edərsə, sonra bunu etməzsə, Allah onu Öz dərgahında tam bir savab olaraq yazar. Əgər o yaxşı iş görməyə niyyət edərsə, sonra bunu edərsə, Allah onu Öz dərgahında on savabdan yeddi yüzədək, hətta bundan qat-qat artıq savab olaraq yazar. Kim bir pis iş görməyə niyyət edərsə, sonra bunu etməzsə, Allah onu Öz dərgahında tam bir savab olaraq yazar. Əgər o, pis iş görməyə niyyət edərsə və bunu edərsə, Allah onu yalnız bir günah olaraq yazar”.
Səhih Hədisi Buxari və Müslim öz "Səhih" kitablarında bu sözlərlə rəvayət etmişdir.
Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) izzət və cəlal sahibi Rəbbindən belə rəvayat etmişdir: "Şübhəsiz ki, Allah yaxşılıq və pislikləri yazdıqdan sonra, onları belə açıqladı: Kim bir yaxşılıq etmək istərsə, lakin bunu edə bilməzsə, Allah bunu onun üçün Öz dərgahında bir yaxşılıq kimi yazar. Əgər bir kəs xeyir əməli istəyib onu edərsə, Allah Öz dərgahında həmin şəxs üçün bu yaxşılığı on mislindən yeddi yüz mislinə qədər, hətta daha çox yazar. Əgər insan pis bir əməli etmək istəyər, lakin onu etməkdən əl çəkərsə, Allah bunu onun üçün bir yaxşılıq olaraq yazar, əgər bu pis əməli etmək istəyər və edərsə, Allah sadəcə onun üçün bunu bir günah olaraq yazar".
Səhih Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)
Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) Uca Allahdan belə rəvayət etmişdir: "Ey qullarım, Mən zülmü Özümə haram etdim və sizin də aranızda onu haram buyurdum, elə isə bir-birinizə zülm etməyin. Ey qullarım! Hidayət verdiyim kəslərdən başqa hamınız zəlalətdəsiniz, elə isə Məndən hidayət diləyin, sizi doğru yola yönəldim. Ey qullarım! Mənim yedirdiyim kəslərdən başqa hamınız acsınız, elə isə Məndən yemək istəyin, sizi yedirdim. Ey qullarım! Mənim geyindirdiyim kəslərdən başqa hamınız çıplaqsınız! Elə isə Məndən geyim istəyin, sizi geyindirim. Ey qullarım! Siz gecə-gündüz günah işlər görürsünüz. Mən isə bu günahların hamısını bağışlayıram. Elə isə Mən­dən bağışlanma diləyin, Mən də sizi bağış­la­yım. Ey qullarım! Siz heç vaxt Mənə zərər verə bilməzsiniz və siz heç vaxt Mənə fayda verə bilməzsiniz. Ey qullarım! Əgər sizdən əvvəlkilər və sonrakılar, insan­larınız və cinləriniz bütövlüklə, aranızda Allahdan ən çox qorxan adamın qəlbinə sahib olsalar belə, bu, Mənim mülkümdə bir şeyi belə artırmaz. Ey qullarım! Sizdən əvvəlkilər və sonrakılar, insan­larınız və cinləriniz bütövlüklə, aranızdakı ən günahkar adamın qəlbinə sahib olsalar belə, bu, Mənim mülkümdən heç nəyi əskiltməz. Ey qullarım! Sizdən əvvəlkilər və sonrakılar, insan­larınız və cinləriniz bir yerə toplanıb Məndən istəsələr və Mən onların hər birinin istə­diyini versəm, bu, sanki nəhəng dənizə iynəni batırıb çıxaran zaman dəniz suyunun əskilmədiyi kimi, Mənim də mülkümdən heçnə əskilməz. Ey qullarım, bu sizin əməllərinizdir. Onları sizin üçün hesaba alıram, sonra əvəzini verəcəm. Odur ki, kim xeyir tapsa, Allaha həmd etsin, əks halda qoy kimsə özündən başqa heç kəsi qınamasın”.
Səhih Muslim rəvayət etdi.
"Həqiqətən, Uca Allah Pakdır və yalnız Pak olanları qəbul edər. Həqiqətən, Allah peyğəmbərlərə əmr etdiyini möminlərə də əmr etmişdir. Uca Allah buyurur: (Ey Peyğəmbərlər, təmiz və halal nemətlərdən yeyin və yaxşı işlər görün!). O, həmçinin, buyurur: (Ey iman gətirənlər! Sizə ruzi olaraq verdiyimiz təmiz və halal nemətlərdən yeyin). Sonra Peyğəmbər (sallallahu əleyhi va səlləm) uzun müddətli səfərə çıxmış, saçları dağınıq, üst-başı da toz-torpaq içində olan və bu halda əllərini göyə qaldırıb: “Ya Rəbb, ya Rəbb!” – deyə yalvaran birisini xatırlatdı. Peyğəmbər (sallallahu əleyhi va səlləm) davam edib belə dedi: Onun yediyi, haram, içdiyi haram, geydiyi haram və haramla qidalanmışdır. Beləsinin duası necə qəbul ola bilər?!".
Səhih Muslim rəvayət etdi.
Allah Qiyamət günü yeri ovucuna alar, göyləri isə sağ əlində bükər, sonra deyər: "Mənəm hökmdar, yer üzünün hökmdarları haradadır?".
Səhih Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)