Skip to content
473 Hədislər

Peyğəmbər Hədisləri Ensiklopediyası

Nəticələri filtrlə

473 kartdan 14

Filtrləri təmizlə

Hədisin dərəcəsi

Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) Uca Allahdan belə rəvayət etmişdir: "Ey qullarım, Mən zülmü Özümə haram etdim və sizin də aranızda onu haram buyurdum, elə isə bir-birinizə zülm etməyin. Ey qullarım! Hidayət verdiyim kəslərdən başqa hamınız zəlalətdəsiniz, elə isə Məndən hidayət diləyin, sizi doğru yola yönəldim. Ey qullarım! Mənim yedirdiyim kəslərdən başqa hamınız acsınız, elə isə Məndən yemək istəyin, sizi yedirdim. Ey qullarım! Mənim geyindirdiyim kəslərdən başqa hamınız çıplaqsınız! Elə isə Məndən geyim istəyin, sizi geyindirim. Ey qullarım! Siz gecə-gündüz günah işlər görürsünüz. Mən isə bu günahların hamısını bağışlayıram. Elə isə Mən­dən bağışlanma diləyin, Mən də sizi bağış­la­yım. Ey qullarım! Siz heç vaxt Mənə zərər verə bilməzsiniz və siz heç vaxt Mənə fayda verə bilməzsiniz. Ey qullarım! Əgər sizdən əvvəlkilər və sonrakılar, insan­larınız və cinləriniz bütövlüklə, aranızda Allahdan ən çox qorxan adamın qəlbinə sahib olsalar belə, bu, Mənim mülkümdə bir şeyi belə artırmaz. Ey qullarım! Sizdən əvvəlkilər və sonrakılar, insan­larınız və cinləriniz bütövlüklə, aranızdakı ən günahkar adamın qəlbinə sahib olsalar belə, bu, Mənim mülkümdən heç nəyi əskiltməz. Ey qullarım! Sizdən əvvəlkilər və sonrakılar, insan­larınız və cinləriniz bir yerə toplanıb Məndən istəsələr və Mən onların hər birinin istə­diyini versəm, bu, sanki nəhəng dənizə iynəni batırıb çıxaran zaman dəniz suyunun əskilmədiyi kimi, Mənim də mülkümdən heçnə əskilməz. Ey qullarım, bu sizin əməllərinizdir. Onları sizin üçün hesaba alıram, sonra əvəzini verəcəm. Odur ki, kim xeyir tapsa, Allaha həmd etsin, əks halda qoy kimsə özündən başqa heç kəsi qınamasın”.
Səhih Muslim rəvayət etdi.
"Həqiqətən, Uca Allah Pakdır və yalnız Pak olanları qəbul edər. Həqiqətən, Allah peyğəmbərlərə əmr etdiyini möminlərə də əmr etmişdir. Uca Allah buyurur: (Ey Peyğəmbərlər, təmiz və halal nemətlərdən yeyin və yaxşı işlər görün!). O, həmçinin, buyurur: (Ey iman gətirənlər! Sizə ruzi olaraq verdiyimiz təmiz və halal nemətlərdən yeyin). Sonra Peyğəmbər (sallallahu əleyhi va səlləm) uzun müddətli səfərə çıxmış, saçları dağınıq, üst-başı da toz-torpaq içində olan və bu halda əllərini göyə qaldırıb: “Ya Rəbb, ya Rəbb!” – deyə yalvaran birisini xatırlatdı. Peyğəmbər (sallallahu əleyhi va səlləm) davam edib belə dedi: Onun yediyi, haram, içdiyi haram, geydiyi haram və haramla qidalanmışdır. Beləsinin duası necə qəbul ola bilər?!".
Səhih Muslim rəvayət etdi.
Allah Qiyamət günü yeri ovucuna alar, göyləri isə sağ əlində bükər, sonra deyər: "Mənəm hökmdar, yer üzünün hökmdarları haradadır?".
Səhih Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)
“Ey insanlar, həqiqətən, Uca Allah pakdır və yalnız pak olanları qəbul edər. Allah peyğəmbərlərə əmr etdiyini möminlərə də əmr etmişdir. Uca Allah buyurur: “Ey peyğəmbərlər, təmiz və halal nemətlərdən yeyin və yaxşı işlər görün! Mən, həqiqətən, sizin nə etdiklərinizi bilirəm!” [Muminun 23 surəsi, ayə 51]. O, həmçinin, buyurur: “Ey iman gətirənlər! Sizə ruzi olaraq verdiyimiz təmiz və halal nemətlərdən yeyin!” [Bəqərə 2 surəsi, ayə 172]. Sonra Peyğəmbər (sallallahu aleyhi və səlləm) uzun müddətli səfərə çıxmış, saçları dağınıq, üst-başı da toz-torpaq içində olan və bu halda əllərini göyə qaldırıb: “Ya Rəbb, ya Rəbb!”– deyə yalvaran birisini xatırlatdı. Peyğəmbər (sallallahu aleyhi və səlləm) davam edib dedi: "Onun yediyi haram, içdiyi haram, geydiyi haram – haramla qidalanmışdır. Beləsinin duası necə qəbul ola bilər?!”.
Səhih Muslim rəvayət etdi.
"Həqiqətən, Allah zalıma möhlət verir ki, onu yaxalayanda boyun qaçırmasın”. Buyurdu ki, sonra bu ayəni oxudu: "Rəbbin haqsızlıq edən məmləkətləri yaxaladığı zaman məhz belə yaxalayır. Onun yaxalaması həqiqətən də üzücüdür, şiddətlidir" [Hud 11 surəsi, ayə 102]. ​
Səhih Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)
"Hər gecə uca və müqəddəs Rəbbimiz gecənin son üçdə birində dünya səmasına enərək deyir: “Mənə dua edən varmı duasını qəbul edim? Məndən istəyən varmı ona istədiyini verim? Məndən bağışlanma diləyən varmı onu bağışlayım?".
Səhih Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)