Skip to content
473 Hədislər

Peyğəmbər Hədisləri Ensiklopediyası

Nəticələri filtrlə

473 kartdan 22

Filtrləri təmizlə
{Sonra da o gün nemətlər barəsində mütləq sorğu-sual olunacaqsınız}. [Təkəsur surəsi: 8] ayəsi nazil olduqda Zubeyr (Allah ondan razı olsun): Ey Allahın Rəsulu! Hansı nemətlərdən hesaba çəkiləcəyik, xurma və sudanmı?! deyə soruşdu. Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun): «Şübhəsiz ki bunlardan hesaba çəkiləcəksiniz» deyə buyurdu.
Həsən Ət-Tirmizi və İbnu Məcə rəvayət etdi.
"Kim bir müsəlmana zərər verərsə, Allah da ona zərər verər. Kim bir müsəlmanı çətinliyə salarsa, Allah da onu çətinliyə salar."
Həsən Əbu Davud, Ət-Tirmizi, İbn Məcə, Əhməd rəvayət ediblər
Mən Peyğəmbərlə (sallallahu aleyhi və səlləm) birgə səfərdə idim. Bir gün, biz yol gedərkən ona yaxınlaşdım və dedim: "Ey Allahın Rəsulu, məni Cənnətə daxil edəcək və Cəhənnəmdən uzaqlaşdıracaq əməl barədə mənə xəbər ver!". Peyğəmbər (sallallahu aleyhi və səlləm) buyurdu: "Sən məndən əzəmətli bir əməl barədə soruşdun. Həqiqətən də o Allahın asanlaşdırdığı kimsələr üçün asandır. Gərək, Allaha ibadət edəsən və Ona heç bir şeyi şərik qoşmayasan, namazı qılasan, zəkat verəsən, ramazan ayını oruc tutasan və Kəbəni ziyarət edəsən”. Sonra Peyğəmbər (sallallahu aleyhi və səlləm) dedi: “Səni xeyir qapılarına yönəldimmi? Oruc qalxandır. Sədəqə suyun odu söndürdüyü kimi günahları söndürür (silir). Kişinin gecənin ortasında qıldığı namazı da, habelə”. Sonra Peyğəmbər (sallallahu aleyhi və səlləm) bu ayəni oxudu: “Onlar gecə namazını qılmaq üçün böyürlərini yataqdan qaldırır, qorxu və ümid içində öz Rəbbinə yalvarır və onlara verdiyimiz ruzilərdən Allah yolunda xərcləyirlər. Etdikləri əməllərin mükafatı olaraq onlar üçün gözlərinə sevinc gətirəcək nələr saxlandığını heç kəs bilmir”. Sonra Peyğəmbər (sallallahu aleyhi və səlləm) dedi: “Sənə dinin başı, onun dirəyi və ən uca zirvəsi barədə xəbər verimmi?” Mən dedim: "Bəli, Ey Allahın Rəsulu". O, buyurdu: “Dinin başı İslam, dirəyi namaz, ən uca zirvəsi isə cihaddır”. Sonra Peyğəmbər (sallallahu aleyhi və səlləm) dedi: “Sənə bunların hamısını özündə cəm edən xislət barədə xəbər verimmi?”. Mən dedim: "Əlbəttə, Ey Allahın Rəsulu". O, əli ilə öz dilini tutub dedi: “Bunu, saxla!” Mən dedim: "Ey Allahın Peyğəmbəri! Məgər biz, danışdığımız sözlərə görə hesaba çəkiləcəyik?!". Peyğəmbər (sallallahu aleyhi və səlləm) dedi: “Anan səni itirsin ey Muaz! Məgər insanları üzüstə yaxud burunları üzərində Cəhənnəmə sürükləyən yalnız dilləri ilə əkdiklərinin bəhrəsi deyilmi?!”.
Rəvayət yollarının məcmusuyla səhih olan Ət-Tirmizi, İbnu Məcə və Əhməd rəvayət etdi.
“Ey oğul! Mən sənə bir neçə kəlmə öyrədəcəm: Allahı qoru ki, (yəni günahlardan çəkin, yalnız ona ibadət et) Allah da səni qorusun. Allahı qoru ki, Onu öz qarşında görəsən. Bir şey istədikdə, Allahdan istə. Kömək istədikdə, yenə də Allahdan kömək istə. Bil ki, əgər bütün insanlar sənə xeyir vermək üçün bir yerə yığışsalar belə, Allahın (sənin qədərinə) yazdığından başqa sənə heç bir xeyir verə bilməzlər. Əgər sənə zərər vermək üçün bir yerə yığışsalar, yenə də Allahın (sənin qədərinə) yazdığından başqa sənə heç bir zərər verə bilməzlər. (Artıq) qələmlər qaldırılmış, səhifələr qurumuşdur”.
Səhih Hədisi Tirmizi və başqaları rəvayət etmişdir.
"Mömin kişi və mömin qadının, günahlardan tam təmizlənmiş halda Allahla qarşılaşana qədər özündə, övladlarında və malında bəla baş verməyə davam edər".
Həsən Ət-Tirmizi və Əhməd rəvayət ediblər.
"Yəhudilər qəzəbə düçar olmuş, xristianlar isə zəlalətə düşmüşlər".
Səhih Ət-Tirmizi rəvayət etdi.