Skip to content
473 Hədislər

Peyğəmbər Hədisləri Ensiklopediyası

Nəticələri filtrlə

473 kartdan 59

Filtrləri təmizlə
«Müəzzini eşitdiyinizdə, siz də onun söylədiklərini təkrar edin. Sonra mənə salavat gətirin. Kim mənə bir salavat gətirirsə, Allah da bunun qarşılığında ona on salavat edər. Sonra da Allahdan mənim üçün ''Vəsiləni" istəyin. O, Cənnətdə elə bir dərəcədir ki, Allahın qullarından yalnız bir quluna yaraşır. Ümid edirəm ki, o qul, mənəm. Kim mənim üçün ''Vəsiləni'' istəyərsə şəfaət ona halal olar».
Səhih Muslim rəvayət etdi.
"Ard-arda söylənən bəzi kəlimələr vardır ki, onları fərz namazlarından sonra deyən- və ya edən - ziyana uğramaz. Bu, otuz üç dəfə subhənallah, otuz üç dəfə əlhəmdulilləh və otuz dörd dəfə Allahu Əkbər deməkdir".
Səhih Muslim rəvayət etdi.
Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) iki səcdə arasında belə deyərdi: «Rabbi-ğfir li, Rabbi-ğfir li».
Səhih Əbu Davud, Ən-Nəsai,İbnu Məcə və Əhməd rəvayət etdi.
"Oğruların ən pisi, (tələsik namaz qılıb) namazından oğruyandır". Ondan: Kişi namazından necə oğruya bilər? deyə soruşulunca, Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun): "Namazın rükusunu və səcdəsini tam olaraq etməz" deyərək cavab verdi.
Səhih İbnu Hibbən rəvayət etdi.
"Kim Qədr gecəsini imanla və savabını yalnız Allahdan umaraq ibadətlə keçirərsə, o kəsin keçmiş günahları bağışlanar".
Səhih Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)
«Mənim bu məscidimdə qılınan bir namaz, Məscidul-Haram istisna olmaqla, başqa məscidlərdə qılınan min namazdan daha xeyirlidir».
Səhih Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)
Bir gün Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) bizim yanımıza gəlmişdi. Biz ona: “Ey Allahın elçisi, sənə necə salam verəcəyimizi öyrəndik, bəs sənə necə salavat gətirək? deyə sual verdik. O da belə dedi: «Bu cür deyin : Allahummə salli alə Muhəmmədin və alə əli Muhəmməd, kəmə salleytə alə İbrahimə, innəkə həmidun Məcid. Allahummə bərik alə Muhəmmədin və alə əli Muhəmməd, kəmə salleytə alə İbrahimə, innəkə həmidun Məcid » (Allah'ım, İbrahimə və onun ailəsinə salat etdiyin kimi Məhəmməd (Allahın salavatı və salamı onun üzərinə olsun) və onun ailəsinə də salat et. Həqiqətən Sən təriflənməyə layiq və ucasan. Allah'ım, İbrahimə və onun ailəsinə xeyr və bərəkət lütf etdiyin kimi Məhəmməd (Allahın salavatı və salamı onun üzərinə olsun) və onun ailəsinə də xeyr və bərəkət ver. Həqiqətən Sən təriflənməyə layiq və ucasan)
Səhih Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)
Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) iki səcdə arasında deyərdi: "Allahummə-ğfirli, varhəmni, və afini, vəhdini vərzuqni" - (Allahım məni bağışla, mənə rəhm et və əfv et, məni doğru yola yönəlt və mənə ruzi yetir).
Şahidləriylə həsən olan Əbu Davud, Ət-Tirmizi, İbn Məcə, Əhməd rəvayət ediblər