Skip to content
473 Hədislər

Peyğəmbər Hədisləri Ensiklopediyası

Nəticələri filtrlə

473 kartdan 59

Filtrləri təmizlə
"Kim bir namazı unudarsa onu xatırladığı zaman qılsın. Onun kəffarəsi ancaq budur". "Məni xatırlamaq üçün namaz qıl!" [Ta-Ha 20 surəsi, ayə 14].
Səhih Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)
"Kim cümə günü cənabət qüslu alar, sonra cüməyə gedərsə, sanki (Allah yolunda) dəvə kəsmiş kimi olar, kim ikinci saatda gedərsə, inək kəsmiş kimi olar. Kim üçüncü saatda gedərsə, sanki buynuzlu qoç kəsmiş kimi olar. Kim dördüncü saatda gedərsə, sanki bir toyuq kəsmiş kimi olar və hər kim beşinci saatda gedərsə, sanki yumurta sədəqə etmiş kimi olar. İmam xütbə verməyə çıxdıqda isə mələklər zikri dinləmək üçün gələrlər”.
Səhih Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)
Osman bin Affan (Allah ondan razı olsun) Məscidun-Nəbəvini yenidən inşa etmək istədikdə, insanlar bunu xoş görməyərək Məscidin olduğu kimi qalmasını istədilər. Bunun üzərinə Osman (Allah ondan razı olsun): mən, Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyini eşitdim: «Kim Allah üçün bir məscid bina edərsə, Allah o kimsə üçün Cənnətdə o məscidin bənzərini bina edər» - dedi.
Səhih Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)
“Qələm üç nəfərdən qaldırılmışdır: yuxudan oyanana qədər yatan kəsdən, həddi-büluğa çatana qədər uşaqdan və ağlı başına gələnə qədər dəlidən”.
Səhih Əbu Davud,Ət-Tirmizi, Ən-Nəsai Əl-Kubrada, İbnu-Məcə və Əhməd rəvayət etdi.
"Mənə yeddi əza üzərində səcdə etmək əmr edildi: Alın üzərinə - əli ilə də burununa işarə etdi - iki əl, iki diz və iki ayağın ön tərəfdən uclarına və mənə namaz əsnasında saç və paltarı yığmamaq əmr edildi".
Səhih Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)
Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) Məscidindəki minbərin hansı ağacdan edildiyini münaqişə edən bir dəstə insan, Səhl bin Səad əs-Saidinin yanına gəlib ondan bu məsələyə aydınlıq gətirməsini istədilər. Səhl onlara belə dedi: Allaha and olsun ki, mən onun nədən düzəldiyini bilirəm. Mən onu Məscidə ilk qoyulduğu günü də, Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) ilk dəfə onun üzərinə oturduğu günü də bilirəm. Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) filan qadına -Səhl, Ənsardan olan bu qadının adını söyləmişdir- bir nəfəri gödərib: "Nəccar, kölənə əmr et, mənim üçün insanlara xitab etdiyim zaman üzərinə otura biləcəyim, taxtalardan bir şey düzəltsin"- deyə buyurdu. O qadın da köləsinə minbər düzəltməsini əmr etdi. Kölə də Tarfə meşəsinin ağaclarından minbəri düzəltdi. Sonra kölə onu qadına gətirdi. Qadın da Allah Rəsuluna (Allahın salavatı və salamı onun üzərinə olsun) göndərdi. Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) minbərin bura qoyulmasını əmr etdi. Sonra Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) onun üzərində namaz qıldığını gördüm: Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) minbər üzərində olarkən təkbir etdi, sonra yenə də minbər üzərində ikən rüku etdi. Sonra geriyə gedərək aşağıya endi və minbərin dibində səcdə etdi. Sonra yenə minbərin üzərinə qalxdı. Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) namazı bitirdikdə üzünü insanlara çevirib və: «Ey insanlar! Bu gördüyünüz şeyləri yalnız mənə uymanız və mənim namazımı öyrənəsiniz deyə etdim» deyə buyurdu.
Səhih Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)
"Hər iki azan (azan və iqamə) arasında namaz vardır, hər iki azan arasında namaz vardır". Sonra üçüncü dəfədə əlavə etdi: "İstəyən üçün".
Səhih Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)
İbn Zubeyr hər namazı salam verib bitirdikdən sonra deyərdi: "Lə iləhə illə-Llah vahdəhu ləə şərikə ləhu, ləhul-mulku və ləhul-həmdu, və huva alə kulli şeyin qadir, lə həvlə və lə quvvətə illə bi-Lləh, və lə nəbudu illə iyyəhu, ləhu-nnimətu və ləhul-fadlu və ləhus-sənəul-həsənu, lə iləhə illə-Llahu muxlisinə ləhud-dinə və-ləu kərihəl kəfirun" (Mənası): "Allahdan başqa ibadətə layiq haqq məbud yoxdur, O təkdir, Onun şəriki yoxdur, mülk Ona məxsudur, həmd Ona məxsusdur və O hər şeyə qadirdir, güc və qüdrət sahibi ancaq Allahdır, Allahdan başqa ibadətə layiq ilah yoxdur və biz Ondan başqa heç kəsə ibadət etmirik, nemət və fəzilət Ona məxsusdur. Gözəl tərif Ona məxsusdur. Kafirlərin xoşuna gəlməsə belə, dini yalnız ixlasla Ona aid edərik.” Və sonra dedi: “Allahın Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) hər namazdan sonra bu zikrləri edərdi.
Səhih Muslim rəvayət etdi.