Skip to content
473 Hədislər

Peyğəmbər Hədisləri Ensiklopediyası

Nəticələri filtrlə

473 kartdan 59

Filtrləri təmizlə
Bir kor kişi Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) yanına gəlib: "Ey Allahın Rəsulu, məni məscidə aparacaq bir kimsəm yoxdur" - deyərək, Allah Rəsulundan ona öz evində namaz qılmağı icazə verməsini istədi. İlkin olaraq ona icazə verdi, lakin adam çıxıb getmək istəyəndə onu çağırıb dedi: “Azanı eşidirsənmi?". O: “Bəli!” - dedi. Bu zaman Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) dedi: "O zaman cavab ver (camaat namazına gəl)".
Səhih Muslim rəvayət etdi.
Allahın Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) namaza başlayanda əllərini çiyinləri səviyyəsində qaldırardı, həmçinin rukuya getmək üçün təkbir gətirdikdə və başını rukudan qaldırdıqda da əllərini qaldırardı və "Səmia-Llahu limən həmidəh, Rabbənə və ləkəl-həmd" deyərdi, səcdə edərkən isə bunu etməzdi.
Səhih Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)
"Bizimlə onlar arasındakı olan əhd namazdır. Kim namazı tərk etsə, artıq küfr etmişdir".
Səhih Ət-Tirmizi, Ən-Nəsai, İbnu Məcə və Əhməd rəvayət etdi.
“Övladlarınıza yeddi yaşında ikən namaz qılmağı əmr edin, on yaşında ikən onları namaza görə (əgər qılmasalar) vurun və onların yataqlarını da ayırın”.
Həsən Əbu Davud rəvayət etdi.
"Yemək hazır olarkən və bir də böyük və kiçik ayaq yolu ehtiyacı olarkən namaz qılınmaz".
Səhih Muslim rəvayət etdi.
Allahın Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) bir gün bizə sübh namazını qıldırdı və dedi: “Filankəs burdadır?". Dedilər: Xeyr. O, dedi: “Filankəs burdadır?”. Dedilər: Xeyr. O dedi: “Həqiqətən, bu iki namaz münafiqlər üçün ən ağır namazlardır və əgər siz bu namazlarda olan savabı bilsəniz, dizləri üstündə iməkləyərək olsa belə, (məscidə) gələrsiniz. Həqiqətən, birinci səff mələklərin səffi kimidir. Siz birinci səfdəki fəziləti bilsəydiniz, onun üçün tələsərdiniz. Həqiqətən, bir kişinin başqa bir kişi ilə namaz qılması, onun tək namaz qılmasından, iki kişi ilə birlikdə namaz qılması isə bir kişi ilə namazdan qılmasından daha üstündür. (Namazda iştirak edənlərin sayı) nə qədər çox olarsa, Uca Allaha o qədər sevimli olar”.
Səhih Əbu Davud, Nəsai və Əhməd rəvayət etmişdir.
Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) rükudan belini qaldırdığı zaman belə deyərdi: "Səmi Allahu limən həmidəh, Allahummə Rabbənə va ləkəl-həmd, miləs-səməvati va miləl-ardi, va milə mə şitə min şeyin bəd".
Səhih Muslim rəvayət etdi.
Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) mənə Qurandan surə öyrətdiyi kimi, əlim onun əlləri arasında olduğu halda mənə namazda deyilən təşəhhüdü öyrətdi": "Əttəhiyyətu lilləhi vas-salavatu vat-tayyibətu. Əssələmu aleykə əyyuhən Nəbiyyu və rahmətullahi və bərakətuh. Əssələmu aleynə və alə ibədilləhissalihin, əşhədu əllə iləhə illaAllah və əşhədu ənnə Muhəmmədən abduhu və rasuluhu". Buxari və Muslimin rəvayət etdiyi başqa ləfzdə: "Həqiqətən Allah Salamdır, sizlərdən biriniz namazda oturanda desin: "Ət-təhiyyətu lilləhi vas-salavatu, vat-tayyibətu. Əssələmu aleykə eyyuhən-nəbiyyu və rahmətullahi va barakatuhu. Əssələmu aleynə va alə ibədilləhis-salihin". Bunu dedikdə, yer üzərində və səmada olan hər saleh qul (bundan) faydalanır. "Əşhədu əllə iləhə illaAllah və əşhədu ənnə Muhəmmədən abduhu və rəsuluhu". Sonra istədiyi duanı edə bilər.
Səhih Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)