عربي - Arabic English Qafár af - Afar Afrikaans - Afrikanns Akan Shqip - Albanian አማርኛ - Amharic Հայերեն - Armenian অসমীয়া - Assamese Azərbaycanca - Azerbaijani Bamanankan - Bambara Bassa Bemba বাংলা - Bengali Bosanski - Bosnian Български - Bulgarian မြန်မာဘာသာ - Burmese Bisaya - Cebuano Cham Нохчий - Chechen chiCheŵa - Chewa 中文 - Chinese Адыгэбзэ - Circassian Hrvatski - Croatian Česky - Czech Dagbani Dansk - Danish فارسی دری - Dari Dendi ދިވެހި ބަސް - Dhivehi Nederlands - Dutch إستوني - Estonian Suomi - Finnish Français - French Fulfulde - Fula ქართული - Georgian Deutsch - German Ελληνικά - Greek ગુજરાતી - Gujrati Kreyòl ayisyen - Haitian Creole Hausa हिन्दी - Hindi Magyar - Hungarian Igbo Indonesia - Indonesian Italiano - Italian 日本語 - Japanese Jóola - Jola ಕನ್ನಡ - Kannada Қазақша - Kazakh ភាសាខ្មែរ - Khmer Kikuyu Ikinyarwanda - Kinyarwanda Ikirundi - Kirundi 한국어 - Korean كوردی سۆرانی - kurdish كوردي kurmancî - Kurmanji Kyrgyz ລາວ - Lao latviešu - Latvian Lingala lietuvių - Lithuanian Luganda Македонски - Macedonian Maguindanaon Malagasy - Malagasy Bahasa Melayu - Malay മലയാളം - Malayalam Mandinka मराठी - Marathi Mõõré - Moore नेपाली - Nepali أنكو - NKo Norwegian ଓଡ଼ିଆ - Odia oromoo - Oromo پښتو - Pashto فارسی - Persian Polski - Polish Portuguese ਪੰਜਾਬੀ - Punjabi Română - Romanian Русский - Russian Српски - Serbian Shona සිංහල - Sinhala Slovenščina - Slovenian Soomaaliga - Somali Soninke Sesotho - Sotho Español - Spanish Kiswahili - Swahili Svenska - Swedish Tagalog Тоҷикӣ - Tajik தமிழ் - Tamil తెలుగు - Telugu ไทย - Thai ትግረኛ - Tigrinya Türkçe - Turkish Ukrainian اردو - Urdu ئۇيغۇرچە - Uyghur Ўзбек - Uzbek Việt Nam - Vietnamese Wolof Yao Yorùbá - Yoruba Zarma زولو - Zulu
473 Hədislər
Peyğəmbər Hədisləri Ensiklopediyası
Kateqoriyalar
Hədisin dərəcəsi
Rəvayət olunduğu mənbə
Ravi
Bütün raviləri göstər (25)
Məndən tez-tez məzi gələrdi və Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) qızı Fatiməyə (Allah ondan razı olsun) görə ondan bu haqda soruşmağa utanırdım. Miqdad bin Əl-Əsvəda dedim ki, o soruşsun. Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) dedi: "Cinsiyyət üzvünü yusun və dəstəmaz alsın".
Buxarinin qeyd etdiyi rəvayətdə isə: "Dəstəmaz al və cinsi orqanını yu" demişdir.
Səhih Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)
Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) ayaqyolundan çıxdıqda - "Ğufranəkə" deyərdi.
Səhih Əbu Davud, Ət-Tirmizi, İbn Məcə, Əhməd rəvayət ediblər
"Təmizlik imanın yarısıdır. Əlhəmdulilləh tərəzini doldurur. Subhənallah və əlhəmdulilləh sözləri isə yerlər və göylərin arasını doldurur. Namaz nurdur, sədəqə burhandır (dəlildir), səbr isə işıqdır. Quran ya sənin leyhinə ya da əleyhinə dəlildir. Hər kəs sabahlayaraq öz nəfsini satar, kimisi (Allaha itaət etməklə Cəhənnəm əzabından) onu azad edər, kimisi isə (şeytana tabe olmaqla) onu həlak edər".
Səhih Muslim rəvayət etdi.
Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) (dəstəmaz azalarının hər birini) bir dəfə yuyaraq dəstəmaz aldı.
Səhih Əl-Buxari rəvayət etdi.
"Əgər it birinizin qabından içərsə, onu yeddi dəfə yusun".
Səhih Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)
"Biz (heyzdən) təmizləndikdən sonra gördüyümüz bulanıqlığı və sarılığı bir şey (heyzdən) hesab etməzdik."
Səhih Əbu Davud bu sözlə, Buxari isə (təmizləndikdən sonra) əlavəsini etmədən nəql etmişdir.
"Sizlərdən biriniz dəstəmaz alarsa, ilk olaraq suyu burnuna çəkib, ardınca nəfəsiylə onu çıxarmalıdır, kim təbii ehtiyacını ödədikdən sonra, daş parçası ilə təmizlənmək istərsə bunu tək sayda etsin, (gecə) yuxudan oyandıqdan sonra, əlini dəstəmaz almaq üçün qaba salmadan öncə yusun, çünki o, əlinin harada gecələdiyini bilmir." İmam Muslimin rəvayət etdiyi ifadə bu cürdür:
"Sizlərdən biriniz yuxudan oyanarsa, əlini üç dəfə yumadan qaba salmasın, çünki o, əlinin harada gecələdiyini bilmir.
Səhih Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)
"Kim cümə günü cənabət qüslu alar, sonra cüməyə gedərsə, sanki (Allah yolunda) dəvə kəsmiş kimi olar, kim ikinci saatda gedərsə, inək kəsmiş kimi olar. Kim üçüncü saatda gedərsə, sanki buynuzlu qoç kəsmiş kimi olar. Kim dördüncü saatda gedərsə, sanki bir toyuq kəsmiş kimi olar və hər kim beşinci saatda gedərsə, sanki yumurta sədəqə etmiş kimi olar. İmam xütbə verməyə çıxdıqda isə mələklər zikri dinləmək üçün
gələrlər”.
Səhih Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)