Skip to content
473 Hədislər

Peyğəmbər Hədisləri Ensiklopediyası

Nəticələri filtrlə

473 kartdan 26

Filtrləri təmizlə

Hədisin dərəcəsi

"Sizlərdən birinizin dəstmazı pozulduqda, dəstəmaz almayınca Allah onun namazını qəbul etməz".
Səhih Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)
Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) hər namaz üçün dəstəmaz alardı. Dedim ki: "Bəs siz necə edirdiz?". O da: "Bizdən birisi dəstəmazını pozmadığı müddətcə aldığı dəstəmaz ona kifayət edərdi" - deyərək cavab verdi.
Səhih Əl-Buxari rəvayət etdi.
"Beş şey fitrətdəndir: sünnət olmaq, övrət yerini qırxmaq, bığları qısaltmaq, dırnaqları tutmaq və qoltuq altındakı tükləri yolmaq".
Səhih Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)
"Ayaqyoluna getdiyiniz zaman üzünüzü və arxanızı qibləyə tərəf çevirməyin, əksinə, şərqə və ya qərbə tərəf çevirin”. Əbu Əyyub dedi: “Şama gəldik və tualetlərin qibləyə tərəf tikildiyini gördük və buna görə başqa tərəfə çevrilərdik və Uca Allahdan bağışlanma diləyərdik.
Səhih Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)
"Sizin heç biriniz kiçik su başına çıxarkən cinsi orqanını sağ əli ilə tutmasın, ayaqyolunda sağ əli ilə təmizlənməsin və qaba üfürməsin".
Səhih Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)
"Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) hər dəfə ayaqyoluna girdikdə belə deyərdi: “Allahummə inni əuzu bikə minəl-xubusi val-xəbəis”.
Səhih Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)
Məndən tez-tez məzi gələrdi və Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) qızı Fatiməyə (Allah ondan razı olsun) görə ondan bu haqda soruşmağa utanırdım. Miqdad bin Əl-Əsvəda dedim ki, o soruşsun. Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) dedi: "Cinsiyyət üzvünü yusun və dəstəmaz alsın". Buxarinin qeyd etdiyi rəvayətdə isə: "Dəstəmaz al və cinsi orqanını yu" demişdir.
Səhih Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)
Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) (dəstəmaz azalarının hər birini) bir dəfə yuyaraq dəstəmaz aldı.
Səhih Əl-Buxari rəvayət etdi.