Skip to content

Həqiqətən Allah təqvalı, zəngin qəlbli, gözlərdən gizli-nəzərə çarpmayan(şan-şöhrətdən uzaq) qulunu sevir.

Sad bin Əbi Vaqqas (Allah ondan razı olsun) demişdir: Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyini eşitdim:

Həqiqətən Allah təqvalı, zəngin qəlbli, gözlərdən gizli-nəzərə çarpmayan(şan-şöhrətdən uzaq) qulunu sevir.

«إِنَّ اللهَ يُحِبُّ الْعَبْدَ التَّقِيَّ الْغَنِيَّ الْخَفِيَّ».

Muslim rəvayət etdi.
Səhih
Şərh (izah)

Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) bəyan edir ki, izzət və cəlal sahibi olan Allah bəzi qullarını sevir, Bunlardan biri: təqvalı olan - Allahın əmrlərini yerinə yetirən, qadağalarından çəkinəndir. Allah həmçinin qəlbi zəngin olan bəndəni sevir: o kəs ki, insanlara deyil, məhz Allaha etimad edir, Ondan başqa heç kimə yönlənməz. Gözlərdən gizli olan qulunu sevər: o qul ki, təvazökardır, Rəbbinə ibadət edər, ona faydalı şeylərlə məşğul olar, kiminsə onu tanımasına və ya onu tərif və səna etməsinə önəm verməz.

Kəlmələrin mənası

....:

Hədisin faydalarından

İnsanlara Allah sevgisini qazandıran bəzi xüsusiyyətlərin açıqlaması: bunlar: təqva, təvazökarlıq və Allahın bölgüsü ilə razı qalmaqdır.

Mənbələr

Sahihu Muslim (4/ 2277) (2965).

Əlavə (9)

بهجة الناظرين شرح رياض الصالحين.

لسليم الهلالي (1/ 651).

كنوز رياض الصالحين.

لمجموعة من الباحثين.

نزهة المتقين شرح رياض الصالحين.

لمجموعة من الباحثين (1/ 509).

شرح رياض الصالحين.

لابن عثيمين (3/ 509).

شرح النووي على مسلم (18/ 100).