"Sizə günahların ən böyüyü barədə xəbər verimmi?
Əbu Bəkrədən (Allah ondan razı olsun) rəvayət edildiyinə görə o, Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyini rəvayət etmişdir:
"Sizə günahların ən böyüyü barədə xəbər verimmi?" – deyə bunu üç dəfə soruşdu. Səhabələr: “Bəli, ey Allahın Rəsulu!” – deyə cavab verdilər. Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun): "Allaha şərik qoşmaq və valideynlərin üzünə ağ olmaq" – dedi. (Bunu deyərkən) o söykənmişdi sonra qalxıb oturdu və: "Yalan söz danışmaq" – deyə əlavə etdi. O bunu durmadan o qədər təkrar etdi ki, biz (bir-birimizə): "Kaşki, susaydı!" – dedik”.
«أَلَا أُنَبِّئُكُمْ بِأَكْبَرِ الْكَبَائِرِ؟» ثَلَاثًا، قَالُوا: بَلَى يَا رَسُولَ اللهِ، قَالَ: «الْإِشْرَاكُ بِاللهِ، وَعُقُوقُ الْوَالِدَيْنِ» وَجَلَسَ وَكَانَ مُتَّكِئًا، فَقَالَ: «أَلَا وَقَوْلُ الزُّورِ»، قَالَ: فَمَا زَالَ يُكَرِّرُهَا حَتَّى قُلْنَا: لَيْتَهُ سَكَتَ.
Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) əshabına ən böyük günahları xəbər vermiş və bu üç günahı zikr etmişdir: 1 - Allaha şərik qoşmaq. Bu, hər hansı bir ibadət növünü Allahdan başqasına sərf etməkdir. Həmçinin, Allahdan başqasını, Allahın uluhiyyəti, rububiyyəti, ad və sifətlərində Uca Allaha bərabər tutmaqdır. 2 - Valideynlərin üzünə ağ olmaq. Bura, söz və ya əməl olmasından asılı olmayaraq ata-anaya qarşı edilən bütün növ əziyyətlər, həmçinin onlara yaxşılıq etməyi tərk etmək də daxildir. 3 - Yalan danışmaq, yalandan şahidlik etmək: Yalan demək dedikdə bura, başqasının malını mənimsəmək, başqasının namusuna toxunmaq və s. buna bənzər şeylər üçün yalandan deyilən hər bir söz daxildir. Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) yalan demənin çirkinliyini və cəmiyyətdə pis nəticələrə səbəb olmasına diqqətə çəkmək üçün bunu dəfələrlə təkrarlamışdır. Hətta sahabələr Peyğəmbərimizə (Allahın salavatı və salamı onun üzərinə olsun) olan şəfqətlərindən və onu rahatsız edən şeydən xoşlanmadıqlarından dolayı onun susmasını arzu etmişdilər.
ألا أنبئكم: أَلا أخبركم.
Günahların ən böyüyü Allaha şərik qoşmaqdır. Buna görə də Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) onu böyük günahların ən birincisi və ən böyüyü olaraq qeyd etmişdir. Uca Allahın: "Allah Özünə şərik qoşulmasını əsla bağışlamaz, bundan başqa olan günahları isə istədiyi kəsə bağışlayar" (Ən-Nisə 4 surəsi, 48, 116) ayəsi də bunu təsdiqləyir.
Valideyin haqqlarının böyüklüyü. Belə ki, Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) onların haqqını Uca Allah haqqı ilə birlikdə zikr etmişdir.
Günahlar, böyük və kiçik olmaqla iki qismə bölünür. Böyük günahlar: Hədd və lənət kimi dünyada cəzası olan yaxud Cəhənnəmə daxil olmaq kimi axirətdə cəzası olan bütün günahlardır. Böyük günahların bəzisi haramlıq baxımından digərlərindən daha şiddətlidir. Böyük günahlar xaricində qalan günahlar isə kiçik günahlardır.
Sahihul-Buxari (3/ 172) (2654).
(8/ 4) (5976).
(8/ 62) (6273-6274).
Sahihu Muslim (1/ 91) (87).
Əlavə (6)
عمدة الأحكام من كلام خير الأنام صلى الله عليه وسلم (ص257) (380).
شرح النووي على مسلم (2/ 81).
الإلمام بشرح عمدة الأحكام لإسماعيل الأنصاري (2/ 149).
تيسير العلام شرح عمدة الأحكام للبسام (ص703).
أعلام السنة المنشورة لاعتقاد الطائفة الناجية المنصورة.
لحافظ بن أحمد الحكمي (ص111).
Kitablarda istinad edilib
5 KitablarƏlavə (4)
- عقيدة التوحيد(ألا أنبئكم بأكبر الكبائر) قلنا: بلى يا رسول الله، قال: (الإشراك بالله، وعقوق الوالدين...) الحديث
- قاموس الكبائر موسوعة الكبائر - المجموعة الأولى«أَلَا أُنَبِّئُكُمْ بِأَكْبَرِ الكَبَائِرِ؟» ثَلاَثًا، قَالُوا: بَلَى يَا رَسُولَ اللَّهِ، قَالَ: «الإِشْرَاكُ بِاللَّهِ، وَعُقُوقُ الوَالِدَيْنِ، وَقَتْلُ النَّفْسِ، وَشَهَادَةُ الزُّورِ» [23].
- قاموس الكبائرموسوعة الكبائر - المجموعة الثانية«أَلَا أُنَبِّئُكُمْ بِأَكْبَرِ الكَبَائِرِ؟» ثَلَاثًا، قَالُوا: بَلَى يَا رَسُولَ اللَّهِ، قَالَ: «الإِشْرَاكُ بِاللَّهِ، وَعُقُوقُ الوَالِدَيْنِ. وَجَلَسَ وَكَانَ مُتَّكِئًا فَقَالَ: أَلَا وَقَوْلُ الزُّورِ»، قَالَ: فَمَا زَالَ يُكَرِّرُه
- مشروع المنهج التعليميمادة التوحيد مستوى 3«أَلاَ أُنَبِّئُكُمْ بِأَكْبَرِ الكَبَائِرِ؟» ثَلاَثًا، قَالُوا: بَلَى يَا رَسُولَ اللهِ، قَالَ: «الإِشْرَاكُ بِاللَّهِ، وَعُقُوقُ الوَالِدَيْنِِ...»