“Bu, yetmiş payız (il) əvvəl cəhənnəmə atılmış bir daşdır və o, bu vaxta qədər düşürdü və dibinə indi çatdı”.
Əbu Hureyradan (Allah ondan razı olsun) belə dediyi rəvayət edilir:
Biz Allah Rəsulu ilə (Allahın salavatı və salamı onun üzərinə olsun) birlikdə idik ki, o yerə düşən bir şeyin səsini eşitdi və dedi: “Bilirsinizmi, bu nədir?” Biz dedik: “Allah və Rəsulu daha yaxşı bilir” Dedi: “Bu, yetmiş payız (il) əvvəl cəhənnəmə atılmış bir daşdır və o, bu vaxta qədər düşürdü və dibinə indi çatdı”.
كُنَّا مَعَ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ، إِذْ سَمِعَ وَجْبَةً، فَقَالَ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ: «تَدْرُونَ مَا هَذَا؟» قَالَ: قُلْنَا: اللهُ وَرَسُولُهُ أَعْلَمُ، قَالَ: «هَذَا حَجَرٌ رُمِيَ بِهِ فِي النَّارِ مُنْذُ سَبْعِينَ خَرِيفًا، فَهُوَ يَهْوِي فِي النَّارِ الْآنَ حَتَّى انْتَهَى إِلَى قَعْرِهَا».
Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) cisimlərdən bir cismin düşməsi kimi qorxunc bir səs eşitdi və yanında olan səhabələrdən (Allah onlardan razı olsun) bu səs haqqında soruşdu və onlar dedilər: Allah və Rəsulu daha yaxşı bilir. O (Allahın salavatı və salamı onun üzərinə olsun) onlara dedi: Eşitdiyiniz bu səs yetmiş il əvvəl Cəhənnəmin kənarından atılmış bir daşın səsidir, o orada düşməyə davam edirdi ki, indi səsi eşitdiyiniz zaman cəhənnəmin dibinə çatdı.
Saleh əməllər işləməklə Qiyamət gününə hazırlaşmağa təşviq etmək və cəhənnəmdən çəkindirmək.
İnsanın bilmədiyi şeylər barəsində elmin Uca Allaha nisbət edilməsinin bəyənilən olması.
Daha yaxşı başa düşülən olması üçün müəllimin, izah etməzdən əvvəl tələbələrinin maraq və diqqətini oyatması;
Sahihu Muslim (4/ 2184) (2844).
Əlavə (6)
بهجة الناظرين شرح رياض الصالحين.
لسليم الهلالي (1/ 476).
نزهة المتقين شرح رياض الصالحين.
لمجموعة من الباحثين (1/ 369).
كنوز رياض الصالحين.
لمجموعة من الباحثين (6/ 414).
Kitablarda istinad edilib
2 KitablarƏlavə (2)
- رياض الصالحينرياض الصالحين مع فوائد وهدايات - 3«هذا حَجَرٌ رُمِيَ بِهِ في النَّارِ مُنْذُ سَبْعِينَ خَريفاً، فَهُو يَهْوِي في النَّارِ الآنَ حَتَّىٰ انْتَهَىٰ إلىٰ قَعْرِهَا، فَسَمِعْتُمْ وَجْبَتَهَا».
- مادة العقيدة الإسلامية( تَدْرُونَ مَا هَذَا ». قَالَ قُلْنَا اللَّهُ وَرَسُولُهُ أَعْلَمُ. قَالَ « هَذَا حَجَرٌ رُمِىَ بِهِ فِى النَّارِ مُنْذُ سَبْعِينَ خَرِيفًا فَهُوَ يَهْوِى فِى النَّارِ الآنَ حَتَّى انْتَهَى إِلَى قَعْرِهَا ).