Skip to content

"Kim Allah üçün həcc edərsə, (həcc əsna­sın­da qadını ilə) yaxınlıq etməsə və söyüş söyüb pis sözlər danışmasa, həccdən anadan doğulduğu kimi (günahsız) qayıdar".

Rəvayət edilir ki, Əbu Hureyra - Allah ondan razı olsun - belə demişdir: “Mən Peyğəmbərin - salləllahu aleyhi va səlləm - belə dedi­yi­ni eşitdim:

"Kim Allah üçün həcc edərsə, (həcc əsna­sın­da qadını ilə) yaxınlıq etməsə və söyüş söyüb pis sözlər danışmasa, həccdən anadan doğulduğu kimi (günahsız) qayıdar".

«مَنْ حَجَّ لِلهِ فَلَمْ يَرْفُثْ وَلَمْ يَفْسُقْ رَجَعَ كَيَوْمِ وَلَدَتْهُ أُمُّهُ».

Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)
Səhih
Şərh (izah)

Peyğəmbər - salləllahu aleyhi va səlləm - bu hədisdə, kim Allah üçün həcc edərsə, həcc ibadətlərini yerinə yetirərkən xanımı ilə cinsi əlaqədə olmaq və buna təhrik edən öpmək, qucaqlamaq və s. bu kimi əməllərdən uzaq olarsa, həccindən yeni doğulan uşaq kimi günahsız olaraq döndüyünü bəyan etmişdir. Hədisdə ərəb dilində keçən: "rafəs" sözü, cinsi əlaqə mənasını bildirməklə yanaşı, söyüş söyüb pis sözlər danışmaq mənasını da bildirir. Yəni: Həcc edərkən fasiqlik (asiliklər və pis əməllər) etməz. Eh­ram­da olarkən qadağan olan əməlləri etmək fasiqliyin növlərindən biridir. Kim həcc ibadətlərini yerinə yetirərkən özünü günahlardan qoruyarsa, həccindən bir uşağın günahsız şəkildə anadan olduğu kimi bağışlanmış olaraq geri dönər.

Kəlmələrin mənası

كيوم ولدته أمه: أي رجع من حجه بغير ذنوب.

Hədisin faydalarından

Fasiqlik, zaman və məkandan asılı olmayaraq, hər bir halda qadağan edilsə də, həcc ayinlərinin əzəmətinə görə belə əməllərin həcc mərasimində edilməsi daha şiddətli bir şəkildə qadağan edilmişdir.

İnsan, xətasız və günahlardan uzaq olaraq dünyaya gəlir. O, başqasının günahını daşımaz.

Mənbələr

Sahihul-Buxari (2/ 133) (1521).

Sahihu Muslim (2/ 983) (1350).

Əlavə (10)

رياض الصالحين من كلام سيد المرسلين (ص358) (1274).

بهجة الناظرين شرح رياض الصالحين.

لسليم الهلالي (2/ 401).

كنوز رياض الصالحين.

لمجموعة من الباحثين (15/ 378).

شرح رياض الصالحين.

للشيخ محمد بن صالح العثيمين (5/ 321).

شرح النووي على مسلم (9/ 119).

إكمال المعلم بفوائد مسلم.

للقاضي عياض (4/ 462).