Skip to content

"Bütlərə və atalarınıza and içməyin"

Abdur-Rahmən bin Səmuradan (Allah ondan razı olsun) rəvayət edilir ki, o, dedi: Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) buyurdu:

"Bütlərə və atalarınıza and içməyin"

«لَا تَحْلِفُوا بِالطَّوَاغِي، وَلَا بِآبَائِكُمْ».

Muslim rəvayət etdi.
Səhih
Şərh (izah)

Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) tağutlara (tüğyan sahiblərinə) and içməyi qadağan etmişdir ki- bunlar, müşriklərin Allahı qoyub ibadət etdikləri və onların hədlərini aşmalarına və küfrlərinə səbəb olan bütlər idi. O (Allahın salavatı və salamı onun üzərinə olsun) atalara and içməyi qadağan edir. Çünki, İslamdan əvvəlki cahiliyyə dövründə ərəblərin qürur və ehtiramla atalarına and içməkləri, onların adətindən idi.

Hədisin faydalarından

And yalnız Allaha, Onun adlarına və sifətlərinə edilə bilər. Bunlardan başqası ilə and içmək caiz deyil.

Tağutlara, atalara, rəhbərlərə, bütlərə və bunlara bənzər bütün batil şeylərə and içməyin haram olması.

Allahdan başqasına and içmək kiçik şirkdir. Əgər insan and içdiyi şeyi qəlbində uca tutar, Allahı ucaltdığı kimi onu da ucaldarsa ya onun hər hansısa bir ibadətə layiq olduğuna inanarsa, bu əməl böyük şirk sayılar.

Mənbələr

Sahihu Muslim.

Əlavə (8)

نزهة المتقين.

مجموعة من الباحثين (2/ 1166).

شرح رياض الصالحين.

لابن عثيمين (6/ 451).

سبل السلام.

لمحمد الصنعاني (2/ 545).

المنهاج شرح صحيح مسلم.

للنووي (11/ 108).