Qiyamət günü Allah yanında insanların ən şiddətli əzab olunanları, Allahın yaratmasına bənzəməyə çalışanlardır
Möminlərin anası Aişədən (Allah ondan razı olsun) rəvayət edilir ki, o, dedi:
Allahın Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) mənim yanıma daxil oldu və mən səhvən üzərində şəkillər olan pərdə ilə şkafın üstünü örtmüşdüm. Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) bunu görəndə pərdəni dartıb çəkdi, üzünün rəngi dəyişdi və dedi: “Ey Aişə, Qiyamət günü Allah yanında insanların ən şiddətli əzab olunanları, Allahın yaratmasına bənzəməyə çalışanlardır”. Aişə dedi: “Biz onu kəsdik və ondan bir və ya iki yastıq düzəltdik".
دَخَلَ عَلَيَّ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ، وَقَدْ سَتَرْتُ سَهْوَةً لِي بِقِرَامٍ فِيهِ تَمَاثِيلُ، فَلَمَّا رَآهُ هَتَكَهُ وَتَلَوَّنَ وَجْهُهُ وَقَالَ: «يَا عَائِشَةُ، أَشَدُّ النَّاسِ عَذَابًا عِنْدَ اللهِ يَوْمَ الْقِيَامَةِ الَّذِينَ يُضَاهُونَ بِخَلْقِ اللهِ» قَالَتْ عَائِشَةُ: «فَقَطَعْنَاهُ فَجَعَلْنَا مِنْهُ وِسَادَةً أَوْ وِسَادَتَيْنِ».
Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) evinə, Aişənin (Allah ondan razı olsun) yanına girdikdə gördü ki, o, əşyaların saxlandığı kiçik şkafın üzərini canlıların şəkilləri olan parça ilə örtüb. Sonra Allah üçün qəzəbdən onun üzünün rəngi dəyişdi və parçanı çıxarıb dedi: Qiyamət günü əzabı ən şiddətli olacaq insanlar, çəkdikləri şəkillər ilə Allahın yaratmağına bənzər işlər görənlərdir. Aişə dedi: "Biz də ondan bir və ya iki yastıq düzəltdik.
...:
Daha böyük fitnə-fəsad törətmədikcə, münkəri (pis bir işi) gördükdə onu dərhal inkar etmək və bu işdə yubanmamaq.
Qiyamət günü əzab, günahın böyüklüyünə görə fərqlənir.
Ruhu olan şeylərin (canlıların) şəklini çəkmək böyük günahlardandır.
(Ruhu olan şeylərin) şəkillərini çəkməyin qadağan edilməsində olan hikmətlərindən biri, niyyətində olub-olmamasından asılı olmayaraq, rəsm çəkənin Uca Allahın yaratmasına bənzər əməl etməsidir.
Şəriət, haramlardan çəkindikdən sonra malı istifadə edərək onu qoruyub saxlamağa həvəsləndirir.
Hansı formada olursa-olsun, hətta kiçik görülsə belə, ruhu olan şeylərin şəkillərinin düzəltməyin qadağan olunması.
Sahihul-Buxari (7/ 168) (5954).
Sahihu Muslim (3/ 1668) (2107).
Əlavə (7)
القول المفيد على كتاب التوحيد.
لابن عثيمين (2/ 442).
الملخص في شرح كتاب التوحيد.
لصالح الفوزان (ص399).
الجديد في شرح كتاب التوحيد.
للقرعاوي (ص441).
كتاب التوحيد لمحمد بن عبد الوهاب (ص138).
Kitablarda istinad edilib
7 Kitablar- Böyük günahlar lüğəti“Qiyamət günü insanların ən şiddətli əzab görənləri Allahın yaratdıqlarına oxşadanlardır”.
- Böyük günahlar lüğəti«Qiyamət günü Allah qatında əzabı ən şiddətli olacaq insanlar surət çəkənlərdir» [158].
Əlavə (5)
- رياض الصالحينرياض الصالحين مع فوائد وهدايات - 3«يَا عَائِشَةُ! أَشَدُّ النَّاسِ عَذَاباً عِنْدَ الله يَوْمَ القِيامَةِ الَّذِينَ يُضَاهُونَ بِخَلْقِ الله».
- رياض الصالحينرياض الصالحين مع فوائد وهدايات - 8«يَا عَائِشَةُ، أَشَدُّ النَّاسِ عَذَاباً عِنْدَ الله يَوْمَ الْقِيَامَةِ الَّذِينَ يُضَاهُونَ بِخَلْقِ الله»
- قاموس الكبائر موسوعة الكبائر - المجموعة الأولى«أَشَدُّ النَّاسِ عَذَابًا يَوْمَ القِيَامَةِ الَّذِينَ يُضَاهُونَ بِخَلْقِ اللهِ»[7].
- قاموس الكبائر موسوعة الكبائر - المجموعة الأولى«إِنَّ أَشَدَّ النَّاسِ عَذَابًا عِنْدَ اللَّهِ يَوْمَ القِيَامَةِ المُصَوِّرُونَ» [158].
- محرمات استهان بها كثير من الناسإن أشد الناس عذابًا عند الله يوم القيامة: المُصوِّرون