Skip to content

"Allahım! Qəbrimi ibadət edilən bir büt (ibadət və sitayiş yeri) etmə!

Əbu Hureyradan - Allah ondan razı olsun - rəvayət edilir ki, Peyğəmbər - salləllahu aleyhi va səlləm - belə demişdir:

"Allahım! Qəbrimi ibadət edilən bir büt (ibadət və sitayiş yeri) etmə!. Peyğəmbərlərinin qəbirlərini məscidlər (ibadətgah) edən qövmə Allah lənət emişdir".

«اللهم لا تجعل قبري وثنًا، لعن الله قومًا اتخذوا قبور أنبيائهم مساجد».

Əhməd rəvayət etdi.
Səhih
Şərh (izah)

Peyğəmbər - salləllahu aleyhi va səlləm - Rəbbinə qəbrinin insanların təzim edərək ibadət edilən bütə çevirilməməsi və ona yönələrək səcdə edilməməsi üçün dua etdi. Sonra Peyğəmbər -salləllahu aleyhi va səlləm - peyğəmbərlərinin qəbirlərini məscidlərə çevirənlərin Allahın rəhmətindən qovulduqlarını xəbər verdi. Çünki qəbirləri məscidlərə çevirmək onlara ibadət etməyə və onların xeyir və ya zərər verə biləcəyinə etiqad etməyə səbəbdir.

Kəlmələrin mənası

وثنًا: والوثن كل ما عبد من دون الله كالقبور والأشجار والحيطان والأحجار ونحوِها.

Hədisin faydalarından

Peyğəmbərlərin və salehlərin qəbirlərində şəriətin qoyduğu həddi aşmaq, o qəbirləri Allahdan başqa ibadət olunan yerlərə çevirir. Şirkə vəsilə olan hər bir şeydən çəkinmək vacibdir.

Qəbir sahibinin Allaha nə qədər yaxın olub olmamasından asılı olmayaraq, qəbirlərinin təzim edilmək və yanında ibadət etmək üçün ziyarət edilməsi icazəli deyildir.

Qəbirlər üzərində məscidlərin bina (təsis) edilməsinin haram olması.

Qəbirlər yanında namaz qılmağın haram olması, hətta orada məscid tikilməsə belə, istisna olaraqa yalnız [vəfat etmiş şəxs] üzərinə hələ qılınmamış cənazə namazıdır.

Mənbələr

Müsnəd Əhməd (12/ 314) (7358).

Əlavə (12)

فتح المجيد شرح كتاب التوحيد.

لعبد الرحمن التميمي (1/ 434).

القول المفيد على كتاب التوحيد.

لمحمد بن عثيمين (1/ 434).

الملخص في شرح كتاب التوحيد.

لصالح الفوزان (ص178).

الجديد في شرح كتاب التوحيد.

لمحمد القرعاوي (ص194).

التمهيد لشرح كتاب التوحيد.

لصالح آل الشيخ (ص51).

مشكاة المصابيح.

للتبريزي (1/ 234).