Skip to content

"Bir insan hansısa bir qəbrin yanından keçərkən belə deyər: "Kaş ki, onun yerində mən olaydım" deməyincə Qiyamət qopmayacaq".

Əbu Hureyradan (Allah ondan razı olsun) Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) belə buyurduğu rəvayət edilir:

"Bir insan hansısa bir qəbrin yanından keçərkən belə deyər: "Kaş ki, onun yerində mən olaydım" deməyincə Qiyamət qopmayacaq".

«لاَ تَقُومُ السَّاعَةُ حَتَّى يَمُرَّ الرَّجُلُ بِقَبْرِ الرَّجُلِ فَيَقُولُ: يَا لَيْتَنِي مَكَانَهُ».

Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)
Səhih
Şərh (izah)

Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) xəbər verir ki, bir insan qəbrin yanından keçib, onun sahibinin yerində olmağı, yəni ölməyi arzulamayana qədər Qiyamət qopmaz. Buna səbəb batilin və batil əhlinin baş alıb getməsi, fitnələrin, günahların və pis işlərin meydana çıxmasına görə həmin adamın dinini itirmək qorxusudur.

Hədisin faydalarından

Bu, Qiyamətə yaxın, axır zamanlarda günahların və fitnələrin baş almasına işarədir.

Ehtiyat etməyə, iman və saleh əməllərlə ölümə hazırlaşmağa, fitnə və fəlakətə aparan yerlərdən uzaq durmağa çağırış.

Mənbələr

Sahihul-Buxari (9/ 58) (7115).

Sahihu Muslim (4/ 2231) (157).

Əlavə (4)

إكمال المعلم (8/451).

شرح ابن بطال (10/58).

الإفصاح عن معاني الصحاح (6/295).

البحر المحيط الثجاج في شرح صحيح الإمام مسلم بن الحجاج (44/ 388).