Skip to content
473 Hədislər

Peyğəmbər Hədisləri Ensiklopediyası

Nəticələri filtrlə

473 kartdan 32

Filtrləri təmizlə
"Həqiqətən Allah mənim xətrimə ümmətimin xətadan, unutqanlıq üzündən və məcburiyyət qarşısında qalıb etdiyi günahlarından keçmişdir".
Nəvavi: “Hədis həsəndir” – demişdir. Hədisi İbn Maca, Beyhəqi və başqaları rəvayət etmişdir.
"Dində (başqasına) zərər vermək və zərəri zərər ilə qarşılamaq da olmaz".
Həsən Hədisi İbn Maca, Daraqutni və başqaları "Musnəd" olaraq rəvayət etmişdir.
"Bəxti, uğuru öyrənmək iddiası ilə quş uçuran və ya bu məqsədləri güdən quş uçurana müraciət edən, fala baxan və baxdıran, sehr etməklə məşğul olan və ya ona sehrbazlıq tələbi ilə müraciət edən şəxs və saplardan [cadugər] düyünü bağlayan bizdən deyil. Kim falçıya gedib onun dediklərinə inanarsa, o, Muhəmmədə (Allahın salavatı və salamı onun üzərinə olsun) nazil olana küfr etmiş olar."
Həsən Əl-Bəzzar rəvayət etdi.
"Kim yemək yeyib: “Əlhəmdu-lilləhil-ləzi ətaməni həzə va razəqanihi min ğeyri həvlin minni və ləə qüvvətin (Mənim tərəfimdən heç bir güc və qüvvət sərf olmadan bunu mənə yedizdirən və mənə ruzi olaraq verən Allaha həmd olsun” desə, onun keçmiş günahları bağışlanar".
Həsən Əbu Davud, Ət-Tirmizi, İbn Məcə, Əhməd rəvayət ediblər
"Möminlərdən ən kamil iman sahibləri, gözəl əxlaqa malik olanlardır, sözsüz ki, sizin ən xeyirliniz qadınlarına qarşı xoş rəftar edənlərdir".
Həsən Əbu Davud, Ət-Tirmizi,Əhməd
"Kim özünü bir topluma oxşadarsa, o da onlardandır".
Həsən Əbu Davud, Əhməd rəvayət ediblər.
"Evlərinizi qəbirsanlıqlara və mənim qəbrimi də ziyarətgaha çevirməyin, mənə salavat (salallahu aleyhi va səlləm) deyin, siz harada olsanız, dediyiniz salavatlar mənə çatar".
Həsən Əbu Davud rəvayət etdi.
Həqiqətən insanların ən yaramazı Qiyamətin qopacağı an hələ də həyatda olanlar və qəbirləri məscidlərə çevirənlərdir.
Həsən Əhməd rəvayət etdi.