Skip to content
473 Hədislər

Peyğəmbər Hədisləri Ensiklopediyası

Nəticələri filtrlə

473 kartdan 3

Filtrləri təmizlə
Bir adam Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) yanına gələrək: "Ey Allahın Rəsulu, bizlərdən birimiz qəlbində elə bir şey hiss edir ki, öz içində yanan bir alov kimi olması başqalarına söyləməsindən daha sevimli gəlir" dedi. Buna cavab olaraq Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun): "Allahu Əkbər! Allahu Əkbər! Şeytanın qurduğu hiyləni vəsvəsəyə çevirən Allaha həmd olsun" - dedi.
Səhih Əbu Davud, Ən-Nəsai Əl-Kubrada rəvayət etdi.
Bir kişi Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) yanına gəldi və onunla bəzi məsələlər haqqında danışdı və dedi: “Allah və sən istədin”. Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) dedi: “Sən məni Allahla bərabərmi etdin? De ki: “Yalnız Allah istədi (oldu).”
İsnadı həsən olan رواه ابن ماجه والنسائي في الكبرى وأحمد
Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) Əqabə gününün səhəri dəvəsinin üstündə ikən belə buyurdu: “Mənə daşlar topla.” Mən onun üçün atılacaq böyüklükdə yeddi daş topladım. Onları ovucunda silkələdi və dedi: “Bu böyüklükdə olanları atın!”. Sonra dedi:“Ey insanlar, dində həddi aşmaqdan çəkinin, həqiqətən də sizdən əvvəlkiləri dində həddi aşmaqları məhv etdi”.
Səhih İbn Məcə, Ən-Nəsai və Əhməd rəvayət ediblər.