Skip to content
473 Hədislər

Peyğəmbər Hədisləri Ensiklopediyası

Nəticələri filtrlə

473 kartdan 2

Filtrləri təmizlə
Filter
Pick a property to filter by
الفئة المستهدفة1
حجم المحتوى2
التخريج المتعدد2

Hədisin dərəcəsi

Rəvayət olunduğu mənbə

Allahın Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) dedi: "Allah belə buyurdu: Kim mənim bir vəlimə (dostuma) düşmənçilik edərsə, mən ona müharibə elan edərəm. Qulum ona fərz etdiyim şeydən daha sevimli olan heç bir şeylə mənə yaxınlaşmaz, qulum mənə nafilə (sünnət) ibadətlərlə yaxınlaşmağa o qədər davam edər ki, nəhayət Mən onu sevərəm. Mən onu sevdikdə, onun eşidən qulağı, görən gözü, tutan əli və gəzən ayağı olaram, Məndən bir şey istəsə, ona verərəm, Mənə sığınsa, onu qoruyaram. Mən etdiyim heç bir şeydə mömin qulumun canını almaq kimi tərəddüt etmədim. Qulum ölümü sevmir, mən də onu incidən şeyi sevmirəm".
Səhih Əl-Buxari rəvayət etdi.
التصنيف الشرعيأحكام الولاء والبراء، فضائل الأعمال الصالحة، أحوال الصالحين، توحيد الأسماء والصفاتموضوعات الحديثالدعاء، معاداة أولياء الله وأذيتهم، المحبة
"Kim sübh namazını qılarsa, Allah onu himayəsi altına alar. Ona görə Allahın himayəsi altında olan kəsə əziyyət verməkdən çəkinin və özünüz də bu əhdi, himayəni pozmayın, kim bunu edərsə cəzaya uğrayar və cəhənnəmə üzü üstə atılar".
Səhih Muslim rəvayət etdi.
التصنيف الشرعيوجوب الصلاة وفضلها وحكم تاركهاموضوعات الحديثالظلم، معاداة أولياء الله وأذيتهم، مكانة الصلاة وفضلها